Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Kikboksinq
    "Onun Adil Əliyev haqda səsləndirdiyi fikirlər boş söz yığınağıdır" – AKF prezidentindən sərt açıqlama
    19.03.2025 19:48:47

    "Araz Musayevin Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevlə bağlı səsləndirdiyi fikirlərin heç bir əsası yoxdur. Bu daha çox özünə xal qazanmağa hesablanıb. Kənardan da eyni təəssüratı yaradır".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev bildirib.

    AKF prezidenti bildirib ki, özünü Azərbaycan Muay-tay və Tayboks Federasiyasının prezidenti hesab edən Araz Musayevin Adil Əliyev barəsindəki fikirləri əsassızdır: “Adil Əliyev hazırda federasiyanın fəxri prezidentidir. 2020-ci ilin sentyabr ayında federasiyaya prezident seçilmişəm. Onun Adil müəllim haqqında səsləndiyi fikirlər və əsassız iddiaları boş söz yığınağıdır. Onun özünə sual vermək lazımdır ki, sən nə vaxtdan dünya çempionu olmusan. Çünki onun dünya və Avropa çempionu kimi adı WAKO-nun rəsmi saytında yoxdur. Onun çempion olması ilə bağlı heç bir protokol və hüquqi sənədlər yoxdur.

    Dünyada onlarca idman təşkilatları var ki, qarışıq idman növlərini əhatə edən festivallar, dünya çempionatları təşkil edir. Həmin tədbirlərdə yığmaya üzv olmayan idmançılar, həmçinin ölkə çempionatında yer tutmayan və medal qazanmayan hər bir idmançı iştirak edə bilər. Bu təşkilatların beynəlxalq statusları yoxdur.

    Düzdür, bizim idmançılar da belə idman festivallarında və bu kimi beynəlxalq statusu olmayan idman təşkilatlarının dünya və Avropa çempionatlarında iştirak edib və bu yarışlarda iştirak edən, hazırda tanınmış idmançılarımız vardı ki, sonradan daha böyük uğurlara imza atıblar. Burada federasiyanın məqsədi təcrübəni artırmaq və kütləviliyə nail olmaq idi. Demək olar ki, federasiya rəhbərliyinin bu addımı öz müsbət nəticəsini verib.

    Bir məsələni diqqətə çatdırım ki, dövlətimiz kikboksinqdən Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO), muay-taydan isə Beynəlxalq Muay-tay Assosiasiyaları Federasiyasının (IFMA) nəticələrini qəbul edir. Azərbaycanın WAKO-da rəsmi 14 çempionu var. Muay-taydan isə böyüklər arasında isə ölkəmizdə IFMA-nın dünya çempionu yoxdur”.

    Orxan Əliyev Araz Musayevə dünya çempionu olması ilə bağlı Gənclər və İdman Nazirliyinə təqdimatlar verilməsinə də aydınlıq gətirib: “Bəli, federasiya tərəfindən ona məktublar verilib. Ona verilən məktublar ölkə çempionu olması ilə bağlı olub”.

    Federasiya prezidenti Azərbaycan Muay-tay Federasiyasının akkreditasiyasının ləğvini Gənclər və İdman Nazirliyinin etdiyini vurğulayıb: “Bunun əsas səbəbi də fəaliyyətsizliklə bağlıdır. Ölkə çempionatını təşkil edə bilməyən federasiyanın müstəqil idman qurumu kimi fəaliyyət göstərməsi məntiqə uyğun deyil. Keçən ilin dekabr ayında Gənclər və İdman Nazirliyinin Kollegiya iclasında kollegiyanın digər qərarı ilə muay-tay idman növü Azərbaycan Kikboksinq Federasiyasının fəaliyyət istiqamətinə daxil edilib və ölkə ərazisində yayılan idman növü kimi tanınıb. Bu barədə mətbuatda məlumatlar gedib. Nazirliyin qərar verməsinin əsas səbəblərindən biri fəaliyyətsizliklə bağlı olub.

    Muay-tayın bizim federasiyanın fəaliyyət istiqamətinə daxil edilməsi bu idman növünün kütləviliyinə və daha da inkişafına nail olmasına şərait yaradacaq. Artıq bu istiqamətdə işlərimizə start vermişik”.

    Kikboksinq

    Xırdalanda qumbara partladı, idmançı öldü

    15.09.2026 18:14:37
    Kikboksinq

    Azərbaycan kikboksçusunda dopinq aşkarlandı

    1.09.2026 11:38:57
    Döyüş növləri

    Azərbaycan idmançısı Dünya Kubokunun ikiqat qalibi oldu

    14.05.2026 22:21:28
    Döyüş növləri

    Azərbaycanlı döyüşçü UFC ilə müqavilə imzaladı

    6.05.2026 10:56:45
    Döyüş növləri

    Rafael Fiziyevin Bakıdakı UFC turnirində rəqibi bilindi

    5.05.2026 15:59:08
    Döyüş növləri

    Tofiq Musayevin döyüşü UFC-də ayın ən yaxşısı seçildi

    31.03.2026 23:26:34
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü oynadı, komandası qələbə qazandı

    21.09.2026 13:11:30

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved