İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Prosport.Az xəbər verir ki, Elmir Əliyev (60 kq) finalda ukraynalı Marko Voloşinə də tam üstünlüklə (10:0) qalib gələrək Avropa çempionu olub.
Davud Məmmədov (77 kq) və Məzaim Mərdanov (130 kq) finalda uduzaraq Avropa 2-ciliyi ilə kifayətlənib. Fəraim Mustafayev (63 kq) isə qitə çempionatının bürünc medalını qazanıb.
