Azərbaycan Basketbol Liqasının XVIII turunda "Gəncə" "Ordu" kollektivinə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Gəncə İdman Sarayında baş tutan B qrupunun oyununda meydan sahibləri 84:74 hesablı qələbəyə sevinib.
Bununla da "Gəncə" xalını 32-yə yüksəldərək yenidən liderliyə yüksəlib. "Şəki" də 32 xala malikdir. 29 xala malik olan "Ordu"nun isə bununla da qrupu 3-cü sırada başa vurması rəsmiləşib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Quba" "Lənkəran"ı 95:84, "Şəki" isə "Sumqayıt"ı 104:96 hesabı ilə məğlub edib. Tura sabah yekun vurulacaq.