Azərbaycan Basketbol Liqasının XVIII turunda "Şəki" "Sumqayıt" kollektivinə qalib gəlib.
Prosport.Az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən B qrupunun oyununda qonaqlar 104:96 hesablı qələbəyə sevinib.
Bununla da "Şəki" sonuncu dəfə öz meydanında uduzduğu "Sumqayıt"dan qisas alıb və yenidən liderliyə yüksəlib.
Qeyd edək ki, ötən gün "Quba" "Lənkəran"ı 95:84 hesabı ilə üstələyib. Tura martın 16-da yekun vurulacaq.