Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "İstəmirik ki, idmançılarımızı tələsdirək" – Toğrul Əsgərov
    14.03.2025 09:15:46

    Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə millimiz vətənə qayıdıb.

    Prosport.Az xəbər verir ki, medalların əyarına görə öz rekordunu yeniləyən yığma komandanın Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

    Toğrul Əsgərov (baş məşqçi əvəzi): “Komandamız yeniyetmə və gənclərdən qurulub. Əlimizdən gələni edirik ki, bu güləşçiləri növbəti Olimpiya Oyunlarına hazırlayıb, medal qazanaq. Komandamızın gələcəyi çox parlaqdır. Federasiyanın dəstəyilə maksimum gücümüzü ortaya qoyuruq. Günay Qurbanovanın 17 yaşı var. Hələ U-20 yaş qrupunda Avropa və dünya çempionatında iştirak etməyib. 3 il bu yaş qrupunda güləşə bilər. 6 il ərzində isə U-23 yaş qrupunda iştirak etmək şansı var. Qurbanova indidən öz potensialını göstərib, uğur qazandı. İstəmirik ki, idmançılarımızı tələsdirək. Vaxtından tez böyüklər arasına çıxarmağı düşünmürük. Vaxtı çatanda idmançılarımızı sınaqdan keçirəcəyik”.

    Günay Qurbanova (Avropa çempionu): “Yarış güclü, həyəcanlı və çox gərgin keçdi. Amma buna baxmayaraq, özümdə güc toplayıb, qalib gələ bildim. Çox sevinirəm. Hər bir idmançıya çempionluq hissini arzulayıram. Yarışa ancaq qızıl medalı almaq üçün hazırlaşırdım. Məşqlərdə də əlimdən gələni edirdim ki, sonda sevinən tərəf mən olum. Finaldakı rəqibim titullu idi. Ancaq inanırdım ki, qalib gələcəyəm. Toğrul müəllim mənə inam bəxş etdi, “ən güclü sənsən” dedi. Finala çıxdım və qələbə qazandım”.

    Elnurə Məmmədova (Avropa çempionu): “Çempion olduğum üçün çox sevinirəm. Federasiya rəhbərliyinə və məşqçilər heyətinə dəstəklərinə görə minnətdaram. Buna qədər 2 dəfə U-23 Avropa çempionatında finala yüksəlmişdim. Ancaq qızıl medal qazana bilməmişdim. Bu yaş qrupunda sonuncu ilimdə Avropa çempionu oldum. Məşqçilərlə məsləhətləşəcəyik. Böyüklərin Avropa çempionatında iştirak etsəm, bayrağımızı bir daha dalğalandırmaq üçün əlimdən gələni edəcəyəm”.

    Əsmər Cankurtaran (Avropa 3-cüsü): “Yarış çox həyəcanlı və gərgin keçdi. Çünki Avropa çempionatında zəif rəqiblər olmur. Hamı qələbə qazanmaq uğrunda güləşir. Bu mənim 3-cü bürünc medalımdır. Ən çətini demək olar ki, bu idi. Müəllimim mənə “bürünc qız” deyir. Amma bir gün bu bürüncü qızıla çevirəcəyimə inanıram. Yarımfinal görüşünün ilk dəqiqələrində çiynimdən ciddi zədə aldım. Hətta qolumu belə qaldıra bilmirdim. Amma növbəti gün ağrı olsa da, görüşə köklənib, medal qazana bildim. Bunun üçün komandanın məşqçiləri Toğrul Əsgərov, Ağahüseyn Mustafayev və Solmaz Adilovaya çox sağ ol deyirəm. Uğurlarım hələ qarşıdadır”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved