Paris-2024 Yay Olimpiya Oyunlarının boks üzrə çempionu Ləzizbəy Mollacanov (92 kq) Bakıya gəlib.
Prosport.Az xəbər verir ki, özbəkistanlı boksçu ölkəmizdə təlim-məşq toplanışı keçəcək.
Onun Azərbaycandakı 30 günlük məşq prosesində məqsəd paytaxtımızda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.
Olimpiya çempionu ağır çəkili boksçularımız Loren Alfonso (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək.
Qeyd edək ki, Ləzizbəy Mollacanovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Paris Olimpiadasının finalındakı rəqibi Loren Alfonso qarşılayıb. Özbək boksçu finalda Kuba əsilli boksçumuza 5:0 hesabı ilə qalib gəlmişdi.
