Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Özünü beynəlxalq federasiyanın rəhbəri kimi təqdim edən şəxsə ittiham: "O, qeyri-qanuni fəaliyyət göstərir"
    11.03.2025 11:40:38

    "Fariz Abdullayev Azərbaycanda qanunsuz fəaliyyət göstərir".

    Bu sözləri Prosport.Az saytına Ümumdünya Real Aykido Mərkəzinin (World Centre of Real Aikido – WCRA) prezidenti, 7-ci Dan qara kəmər sahibi Sanya Vraçareviç deyib.

    Serbiyalı mütəxəssisin sözlərinə görə, özünü real aykidonun Azərbaycan nümayəndəsi kimi təqdim edən Fariz Abdullayev qanunsuz fəaliyyətlə məşğuldur: "Real Aykido döyüş mədəniyyətinin əsasını atam Lyubomir Vraçareviç (6 may 1947-ci ildə Xorvatiyada (keçmiş Yuqoslaviya) doğulmuş bu şəxs yapon döyüş növü olan real aykidonu Avropaya gətirən ilk şəxsdir, Liviya, Rusiya, Qazaxıstan, Serbiya, Sloveniya, Şimali Makedoniya, Zimbabve kimi ölkələrin prezidentləri üçün mühafizəçilər yetişdirib, 10-cu DAN qara kəmər ustasıdır – red.) qoyub. Bu döyüş növü ilə məşğul olmaq üçün lisenziyanı isə yalnız Serbiyada fəaliyyət göstərən WCRA verə bilər.

    Fariz Abdullayev illər əvvəl atamın tələbəsi olub və WCRA-nı təmsil edib. 2019-cu ildən etibarən o, qeyri-qanuni fəaliyyət göstərməyə başladı. Hər il lisenziya almalı olduğu halda, insanları aldatmağa başladı ki, o, WCRA-nın nümayəndəsidir, real aykidonun adından istifadə etdi. Onun belə bir hüququ yoxdur. Yerli televiziya kanallarında özünü federasiya vitse-prezidenti kimi təqdim edir. Bildirir ki, İqor Petroviç Beynəlxalq Real Aykido Federasiyasının (International Real Aikido Federation – IRAF) prezidenti, özü isə vitse-prezidentidir. Ancaq Serbiyada belə bir nə federasiya, nə də birlik yoxdur. Bu sadəcə klub ola bilər. Artıq dünyasını dəyişmiş Lyubomir Vraçareviçin ailəsi və WCRA-nın tanıdığı nümayəndədən başqa, heç kim real aykido adından və onun texnikasından istifadə edə bilməz. İqor Petroviç də Fariz Abdullayev kimi atamın tələbəsi olub. İndi onun adından istifadə edib qeyri-qanuni federasiya açıblar".

    Maraqlıdır ki, özünü 5-ci Dan qara kəmər sahibi kimi təqdim edən 35 yaşlı Fariz Abdullayev və serb İqor Petroviç IRAF-ı nə Azərbaycanda, nə də Serbiyada yox, qonşu Gürcüstanda qeydiyyatdan keçiriblər: "Azərbaycan qanunveriliciliyinə görə, o, federasiya təsis edə bilməz. Beynəlxalq Aykido Federasiyası adlı şirkəti isə Gürcüstanda açıb. Gördüyünüz kimi, bildirmək istəyirəm ki, bu, federasiya deyil, şirkətdir. Gürcüstanın İdman Nazirliyi onu federasiya kimi qeydiyyata ala bilməz. Çünki Fariz Abdullayevin qeydiyyat üçün rəsmi sənədi yoxdur".

    31 yaşlı Sanya Vraçareviçin sözlərinə görə, WCRA-nın Azərbaycan üzrə rəsmi nümayəndə kimi tanıdığı şəxs var: "Bizim mərkəzin tanıdığı Azərbaycan üzrə nümayəndə Azər Cəbrayılovdur. Onun bu barədə sertifikatı var".

    Maraq üçün Fariz Abdullayevin fəaliyyətinə nəzər yetirdik. Bu şəxs özünü 2023-cü ilin noyabrın 15-də Azərbaycan Real Aykido Federasiyasının və "Azərbaycan real aykido" idman klubunun prezidenti kimi təqdim edir.

    Halbuki, Azərbaycan Real Aykido Federasiyası Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya ala bilməyən qurumlardan biridir. Real aykido idman növü üslub kimi hazırda 2022-ci ilin 31 oktyabrında yaradılmış, Atil Ağamirovun prezidenti olduğu Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının tərkibində təmsil olunur.

    F.Abdullayevin vitse-prezidenti olduğu IRAF-ın saytında isə "Azərbaycan real aykido" idman klubu və Qafqaz Real Aykido Mərkəzi federasiya kimi təqdim edilib (https://realaikidofederation.com/federation-members/). Nazirlik tərəfindən tanınmayan hər iki federasiyanın rəhbəri də F.Abdullayevdir.

    WCRA-nın saytına nəzər saldıq. Azərbaycandan master adına yalnız 5-ci Dan qara kəmər sahibi kimi Ramin Eminlinin və 4-cü Dan qara kəmər sahibi Azər Cəbrayılovun adına rast gəlmək mümkündür. Yəni, Fariz Abdullayevin adı bu siyahıda da yoxdur (http://www.wcra.rs/Majstori).

    Digər idman növləri

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50
    Stolüstü oyunlar

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53
    Digər idman növləri

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36
    Digər idman növləri

    Azərbaycan atleti dünya çempionatında 91-ci oldu

    21.09.2026 12:43:29
    Digər idman növləri

    Şahmat yığmalarımızdan Səmərqənddə 1 heç-heçə, 1 qələbə

    19.09.2026 23:16:20
    Stolüstü oyunlar

    Şahmat yığmalarımız İngiltərə və Çexiyaya qarşı

    19.09.2026 10:24:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz"da radikal dəyişiklik: Ehtiram Quliyev gedir, o gəlir

    21.09.2026 23:43:18

    Yığmalalarımız Avropa çempionatında medalsız qaldı

    21.09.2026 23:09:33

    Avropa çempionatı: 2 boksçumuz "bürünc"ü təmin etdi

    21.09.2026 22:40:19

    "Elə məqamlar olub ki, Qurban Qurbanov klubdan ayrıla biləcəyini bildirib" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved