Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
        Basketbol
    Son turda baş məşqçilər nə dedilər, kim hakimlərdən razı qaldı? – AÇIQLAMA
    10.03.2025 13:13:45

    Xəbər verdiyimiz kimi, Azərbaycan Basketbol Liqasında XVII tur başa çatıb.

    Prosport.Az komandaların baş məşqçilərinin fikirlərini təqdim edir:

    "Sabah" – "Neftçi" 105:77

    Rimas Kurtinaytis ("Sabah"): “Hazırda bizim üçün əsas məsələ Endər Poladxanlının durumudur. Çox ağır zədə aldı. Qarşıda bizi Kubok oyunlarının gözlədiyini nəzərə alsaq, çox ciddi itkidir. Ona şəfa diləyirəm. Qarşılaşmaya gəlincə, oyuna nəzarət bizdə idi. Düşünürəm ki, layiqli qələbə qazandıq. Müdafiədə oyunumuzu xüsusilə bəyəndim. Təmkinli çıxış etdik. Gözəl oyun alındı. Bir sözlə komandanın çıxışından razı qaldım”.

    "Quba" – "Şəki" 63:66

    Şəhriyar Əsgərov ("Quba"): "Fakt odur ki, səbətə düşə bilmirik. Rəqibi saxlaya bilsək də, atışlarımız uğurlu deyildi. Ən azından 70 xal toplamalıydıq ki, qalib gələk. Əcnəbi oyunçularımızın səviyyəsi belədir. Nəticəyə də təsirini göstərir. Məşqlərdə işləyirik. Müdafiədə də pis deyilik, yaxşı da oynayırıq. Amma atışlarımız uğurlu olmur. Bu da oyunçu keyfiyyəti ilə bağlıdır. Legionerlərdən bircə Kameron Consu fərqləndirmək olar. Son aylarda müdafiə planında çox işlədik, oyunda da təsirini yaxşı mənada gördük. Lakin xal atmaq lazımdır, onu da yaxşı edə bilmədik. Oyunu udmaq üçün təkcə yaxşı müdafiə olunmaq bəs etmir. Səviyyə budur, artığını tələb edə bilmərik. Rəqibimizi də qələbə münasibətilə təbrik edirəm. Qarşıda "Sumqayıt", "Lənkəran"a qarşı oyunlarımız var. Yəqin ki, o matçlarda qalib gələrik".

    Bedri Meriç ("Şəki"): "Rəqibi daha əvvəl 3 dəfə məğlub etsək də, bu dəfə bizə qarşı ən yaxşı oyunlarını keçirdilər. Çətinlik çəkməyimizin əsas səbəbi hücum performansı ilə bağlıdır. Müdafiədən nə qədər razı qalsam da, hücumumuz bərbad idi. Faul atışlarımızın 40%-dən, 3-lük atışlarımızın 20%-dən istifadə edə bildik. Biz bu gün müdafiənin hesabına qalib gəldik. Tomi Lyuk bu dəfə xal qazanmadı? Ötən dəfə dediyim kimi, ona bir az vaxt lazımdır. Bu, 2 həftə çəkəcək. Bugünkü matç çətin keçdiyi üçün az şans əldə etdi. Ancaq NTD ilə Kubok matçında daha çox şans qazanacaq. Bir gün Şəkidə qalıb, yenidən Bakıya qayıdacağıq. Açıq danışsam, Kubok mənim üçün vacib deyil. Ona görə də NTD ilə matçdan sonra çempionatda oynayacağımız "Sumqayıt"la qarşılaşmanı daha ciddiyə alıram. NTD ilə matça oyunçuların formada qalması və əylənmək baxımından çıxacağıq. Çünki qalib gəlsək belə, növbəti rəqibimiz "Sabah" və ya "Neftçi" olacaq. Ona gərə də Kubok matçına daha çox məşq gözü ilə baxırıq".

    "Abşeron" – "Sərhədçi" 77:75

    Ərhan Tokər ("Abşeron"): "Matçın böyük hissəsini yaxşı oynadıq. Bu oyuna hazırlıq zamanı ötən oyunda etdiyimiz səhvləri danışdıq və onların üzərində çalışdıq. Bu dəfə səhvlərimizi düzəldə bildik. Bu oyunda da bəzi anlarda eniş oldu, amma ümumi götürsək, yaxşı oynadıq. Oyunun sonunda çox bəsit səhvlər etdik. Ən təcrübəli oyunçumuz səhv etdi. Topu tutsaydı, son dəqiqələr belə həyacanlı olmazdı. Yəni, yaxşı oyunla bərabər, sonda bəxtimiz də gətirdi. Rəqib səhvdən yararlana bilmədi. Bunadək yaxşı oyun sərgiləməyərək uduzurduq. Bu bizə lazımlı qələbə idi. Oyunçularımı bu qələbə münasibəti ilə təbrik edirəm. Rəqibə də gözəl oyuna görə təşəkkür edirəm. Əlavə edim ki, biz hər zaman hakimlərdən danışırdıq. Bu dəfə isə xoş sözlər demək istəyirəm. Oyunu bəzi xırda nüanslar istisna olmaqla çox əla idarə etdilər".

    Evrən Alkaya ("Sərhədçi"): “Bizi kədərləndirən şey odur ki, bu qədər ciddi hazırlandığımız, rəqibin də çox səhvinin olduğu oyunda qalib gəlməməyimiz oldu. Hər zaman deyirik ki, oyundakı müdafiə motivasiyası matçın əvvəlindən sonuna qədər eyni olmalıdır. Əgər hücum ribaundları ala bilmirsənsə, erkən faullar etməsək, liqanın A qrupunda favorit ola bilmərik. Hər zaman eyni səviyyədə oynamağımız lazımdır. Bu matça yaxşı hazırlanmışdıq. Amma, təəssüf ki, müdafiədə xeyli səhvlərimiz oldu. Bəsit səhvlərə görə matçı uduzduq. Məyusuq, amma həyat davam edir. Ümidvaram ki, liqanı gözəl şəkildə tamamlayarıq. Bilirik ki, qrupda neçənci olmağın önəmi yoxdur, pley-off oyunları oynayacağıq. İstəyimiz bu qədər çox məğlubiyyət almaq deyildi. Səhvlərimizdən dərs çıxarmalıyıq. Növbəti Kubok oyunumuza motivasiya olmalıyıq”. 

    "Gəncə" – "Lənkəran" 90:76

    Halil Atlı ("Gəncə"): “Rəqibi əvvəlcə mübarizəsinə görə təbrik edirəm. Məncə, "Lənkəran" pis komanda deyil. Amma mövsüm boyu bəxtsizliklər yaşadılar, gedən və gələn oyunçuları oldu. Amma mübarizədən çəkilmədilər. Öz komandama da qələbəyə görə təşəkkür edirəm. Sıx qrafiklə oynadığımızdan, meydanda rotasiya ilə çıxış edirik. Hamını formada saxlamaq istəyirik. Qarşıda "Sərhədçi" ilə Kubok oyunumuz var. Qısa vaxtda hazırlığımızı tamamlayıb, bu turnirdə ən yaxşı şəkildə mübarizə aparmağa çalışacağıq. Qalib gəlmək istəyirik. Azarkeşlərə də minnətdarıq, bizi tək qoymadılar".

    Georgi Kondruseviç ("Lənkəran"): "Oyunun əvvəlini uğursuz keçirdik, çox top itkiləri etdik. Sonradan bir qədər toparlanmağı bacardıq. Amma daha sonra da top itkiləri bizi geri çəkdi. Bu, məğlubiyyətimizin əsas səbəbi oldu. Yeni oyunçumuz Teri Kolins bizimlə cəmi 1 məşq keçib. Dərhal oyuna qoşulmaq çox çətindir. Ümid edirəm ki, o, növbəti oyunlarda bizə daha çox kömək edəcək".

    "Sumqayıt" – "Ordu" 122:116

    Vadim Kuramşın ("Sumqayıt"): "Ordu"ya qarşı ötən oyunlarımızın təhlilini aparmışdıq. Belə qərara gəlmişdik ki, ən primitiv zona müdafiəsindən istifadə edək. Bu taktika işə yaradı. Əlbəttə, bu gün həm də Endryu Louderin günü idi. O bu gün sadəcə partlayış etdi. Ötürmələr və istənilən məsafədən atışlar möhtəşəm idi. 44 xalla bəlkə də karyerasının ən yaxşı oyununu keçirdi. Bu gün Dryu komandamızın mühərriki idi. Bəli, 2 dəfə rəqib 4-cü periodda hesabı bərarləşdirə bildi. Bu da bizim ənənəvi problemimizdir. Bəzən fərdi oyuna üstünlük veririk və bunun əziyyətini çəkirik. Amma yenə də sona qədər mübarizə aparıb layiqli qələbə qazandıq. Hədəfimiz pley-offdur".

    Alberto Blanko ("Ordu"): "Bu bizim mövsümdə ən zəif oyunumuz oldu. Əslində matça çox arxayın çıxmışdıq, bunun da nəticəsində "Sumqayıt" qalib gəldi. Biz yalnız 3-cü periodda oyuna qayıtdıq. Amma artıq gec idi. "Sumqayıt"ın istədiyi kimi oynadıq. Dediyim kimi, arxayınçılıq məğlubiyyətlə nəticələndi".

    Basketbol

    Bölgə klubu legioneri ilə yollarını ayırdı

    10.12.2025 17:12:47
    Top oyunları

    "Çempionlar Liqasında qələbə bir az gec oldu" – Rimas Kurtinaytis

    10.12.2025 11:04:05
    Basketbol

    "Sabah" bizdən daha yaxşı oynadı" – Çexiya klubunun baş məşqçisi

    10.12.2025 09:00:29
    Top oyunları

    Çempionlar Liqası: "Sabah"dan tarixi qələbə

    9.12.2025 22:19:05
    Voleybol

    Çelenc Kuboku: "Xilasedici" ilk oyunda uduzdu

    9.12.2025 19:57:13
    Top oyunları

    Çempionlar Liqası: "Sabah" üçün formal oyun

    9.12.2025 10:56:56
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bölgə klubu legioneri ilə yollarını ayırdı

    10.12.2025 17:12:47

    I Liqa: Hər 3 oyunda meydan sahibləri qələbə qazandı

    10.12.2025 16:50:52

    Seçmə mərhələ: Yığmamızın II raunddakı rəqibləri bilindi

    10.12.2025 16:19:59

    "Qarabağ"ın U-19 komandası "Ayaks"a böyük hesabla uduzdu

    10.12.2025 15:56:38

    Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək

    10.12.2025 15:44:31

    Çempionlar Liqası: "Qarabağ"ın pley-off şansı açıqlandı – FOTO

    10.12.2025 15:05:57

    Millimiz Almaniya ilə eyni qrupda

    10.12.2025 14:32:33

    Robert Prosineçkinin yeni iş yeri bəlli oldu

    10.12.2025 14:04:03

    AFFA kubokun cəzalarını açıqladı

    10.12.2025 13:50:15

    Millimizin seçmə mərhələdəki rəqibləri müəyyənləşdi

    10.12.2025 13:22:06

    "Neftçi" azarkeşlərinə görə cərimələndi

    10.12.2025 12:40:13

    AFFA-da ayrılıq: İstefa ərizəsini yazıb

    10.12.2025 12:16:48

    "Qarabağ"ın oyununa qanunsuz bilet satanlar saxlanıldı

    10.12.2025 11:46:40

    "Çempionlar Liqasında qələbə bir az gec oldu" – Rimas Kurtinaytis

    10.12.2025 11:04:05

    Dünya çempionatı: Daha 2 boksçumuz 1/4 finalda

    10.12.2025 10:39:54
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved