Azərbaycan Basketbol Liqasının XVII turunda "Neftçi" İK ilə çempionat oyununda dizindən zədələnən "Sabah"ın kapitanı Endər Poladxanlının durumuna aydınlıq gəlib.
Prosport.Az xəbər verir ki, o, qarşıdakı günlərdə əməliyyat olunacaq.
Bu isə o deməkdir ki, millimizin də üzvü olan Endər Poladxanlı üçün mövsüm erkən başa çatıb.
Komanda yoldaşları ona tezliklə sağalmağı arzulayıb.
