Azərbaycan Basketbol Liqasının XVII turunda "Şəki" və "Abşeron" komandaları qələbəyə sevinib.
Prosport.Az xəbər verir ki, B qrupunun "Quba" – "Şəki" oyunu bu dəfə Bakıda keçirilib. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüşdə nominal qonaqlar çətinlik çəksə də, sonda 66:63 qalib gəlib. Bu nəticə ilə "Şəki" yenidən liderliyə yüksəlib.
A qrupunda “Abşeron” isə evdə “Sərhədçi”ni məğlub edib. Abşeron Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 77:75.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində A qrupunda NTD "Naxçıvan"ı 85:78, “Sabah” “Neftçi”ni 105:77 hesabı ilə məğlub edib.
