"Sabah" Azərbaycan Basketbol Liqasının XVI turunda səfərdə "Sərhədçi"yə 89:73 hesabıilə qalib gəlib.
Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi nəticə ilə bağlı fikirlərini bölüşüb:
Rimas Kurtinaytis ("Sabah"): “Qələbəyə baxmayaraq, 2 həftəlik fasilə oyun keyfiyyətimizə təsir etdi. Fasiləyə qədər oyun ritmimiz daha yaxşı, tempimiz daha yüksək idi. Oyun gərgin alındı. Basketbolçularımıza sona qədər nümayiş etdirdikləri mübarizə əzminə görə təşəkkür edirəm. Bizim komandanın əsas üstünlüyü də məhz budur”.
Evrən Alkaya ("Sərhədçi"): “Təssüf ki, çox güclü komandaya qarşı heyətimizin hardasa yarısı olmadan oynadıq. İlk “5-lik” oyunçumuzun 3-ü yox idi. Bu bizə çox təsir etdi. İlk hissənin sonuna qədər gücümüz çatdı. Müdafiə olunmadan basketbol olmaz. Bu çox önəmlidir. Təssüf ki, 3-cü və 4-cü periodda buna enerjimiz çatmadı. Bəzi səhvlər etdik. Xəstəlik və zədə səbəbindəm 3 oyunçumuz yox idi. Heyətin geniş olması vacibdir. Əlimizdən gələni etdik. Növbəti matçlara tam heyətlə çıxıb daha yaxşı nəticə qazanarıq”.
