Azərbaycan Basketbol Liqasında 4-cü dövrəyə – XVI tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk olaraq A qrupunda 2 oyun keçirilib.
Azərbaycan Kubokunun son qalibi "Neftçi" lider "Naxçıvan"ı 114:70, son ölkə çempionu "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.
Bununla da "Sabah" 1 tur əvvəl əldən verdiyi liderliyi özünə qaytarıb. "Sabah" 28 xalla 1-ci, "Naxçıvan" 27 xalla 2-cidir. "Neftçi" 24 xalla 3-cüdür.
Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.
