Azərbaycan Basketbol Liqasında XV tur davam edir.
Prosport.Az xəbər verir ki, ötən gün A qrupunda turun son iki matçı keçirilib.
Hər iki qarşılaşma “Sərhədçi” İdman Mərkəzində baş tutub. Öncə NTD ilə “Sərhədçi” üz-üzə gəlib. Tahir Baxşıyevin komandası oyuna yaxşı başlasa da, fasilədən sonra "Sərhədçi" vəziyyəti öz xeyrinə dəyişərək 1 xal fərqi ilə qalib gəlib – 84:83.
Günə “Naxçıvan”la “Sabah” arasında matçla yekun vurulub. Çempion mövsümdə 4-cü dəfə uduzub. Oyun 85:82 hesabı ilə yekunlaşıb. Bununla da "Naxçıvan" yenidən turnir cədvəlində liderliyi ələ keçirib.
Qeyd edək ki, turun bu gün keçiriləcək son oyununda B qrupunun komandaları “Şəki” və “Lənkəran” üz-üzə gələcək.

