"Sərhədçi" basketbol klubu heyətinə yeni basketbolçu qatıb.
Prosport.Az-ın xəbərinə görə, amerikalı Cozef Alen transfer edilib.
29 yaşlı mərkəz oyunçusu əvvəllər Hindistan, Qazaxıstan, Portuqaliya, Slovakiyada legioner həyatı yaşayıb. O, son olaraq Honkonqda "VantaBlək Draqons" klubunda çıxış edib.
