Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Prosport.Az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə I seçmə mərhələsinin son matçında İrlandiya komandası ilə qarşılaşıb.
Tahir Baxşıyevin yetirmələri Bakıda irlandlara 15 xallıq fərqlə məğlub olub – 64:79.
Qeyd edək ki, qrupun digər oyununda 1-ci yeri təmin edən İsveçrə səfərdə Kosovoya 81:73 xal hesabı ilə qalib gəlib və II mərhələyə vəsiqə qazanıb.
