17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-17) Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kuboku turnirində 3-cü yer uğrunda oyuna çıxacaq.
Prosport.Az xəbər verir ki, B qrupunda Rusiya İrana 2:0 qalib gəldiyindən, millimiz yer aldığı B qrupunu 6 xalla 2-ci pillədə tamamlayıb.
Yığmamız A qrupunda eyni xalla 2-ci yeri tutan Özbəkistan yığması ilə qarşılaşacaq.
Görüş fevralın 21-də, Bakı vaxtı ilə saat 15:40-da keçiriləcək. Finalda isə Rusiya ilə meydan sahibi Belarus qarşılaşacaq.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiyaya (0:3) məğlub olub, İran (1:0) və Qazaxıstana (2:1) qalib gəlib.
