Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Kosovo və İrlandiya ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Prosport.Az xəbər verir ki, 12 nəfərdən ibarət heyətdə bu basketbolçular yer alıb:
1. Amil Həmzəyev ("Neftçi"), 2. Endər Poladxanlı ("Sabah"), 3. Kamran Məmmədov ("Neftçi"), 4. Əkbər Məmmədov (NTD), 5. Elşad Şirzadov ("Gəncə"), 6. Şirzad Şirzadov ("Sabah"), 7. Donta Holl ("Baskonia", İspaniya), 8. Saadettin Donat ("Sumqayıt"), 9. Cəbrayıl Əkbərov ("Gəncə"), 10. Orxan Hacıyeva ("İlab Basketbol", Türkiyə), 11. Ərcan Donat ("Şəki"), 12. Ulaş Turqut ("Sərhədçi").
Səid İsmayılov ("Ordu"), Məhəmməd Hüseynli ("Abşeron"), İsmayıl Abdullayev ("Abşeron"), Nəzər Quliyev ("Naxçıvan"), Dərin Bərköz ("Türk Telekom", Türkiyə) və Hüseyn Qaflanov (DME Akademiyası, ABŞ) isə heyətdən kənarda qalıb.
Qeyd edək ki, Azərbaycan millisi fevralın 20-də səfərdə Kosovo, 3 gün sonra Bakıda İrlandiya ilə üz-üzə gələcək. İsveçrə A qrupunda 8 xalla liderdir. İrlandiya 6 xalla 2-ci, Azərbaycan yığması 5 xalla 3-cüdür. Eyni xala malik Kosovo 4-cüdür.
