Azərbaycan güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunan turnirdə 12 medal qazanıb.
Prosport.Az xəbər verir ki, ənənəvi yarışda yığma üzvləri 3 qızıl, 2 gümüş, 7 bürünc medal əldə edib.
Beynəlxalq turnirin yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) 2-ci, Məhəmməd Əhmədiyev (87 kq) 3-cü yeri tutub.
Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Sərbəst güləşdə isə Məhəmməd-Bəşir Xanıyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abbasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, turnirdə beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyub.
