Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    "Araz Musayev İstanbulda baş məşqçimizə əl qaldırıb, onun federasiya prezidenti kimi səlahiyyəti yoxdur" – Azər Həsənsoy
    12.02.2025 19:20:14

    "Araz Musayev 32il mənim yanımda tələbəm olub. İdmançı vaxtı qazandığı bütün uğurları mənim adımla bağlıdır. 2022-ci ildə fikirləşdim ki, yerimi ona verim, dəstək olum, federasiya irəli gedər. Ancaq təəssüf ki, əksi oldu". 

    Bunu Prosport.Az-a Azərbaycan Muay-Tay və Tayboks Federasiyasının prezidenti postuna iddia edən Azər Həsənsoy deyib.

    O, dünən həmin federasiyanın prezidenti postuna iddia edən digər şəxs – Araz Musayevin iclas keçirməsinin heç bir əsası olmadığını bildirib. Onun sözlərinə görə, ötən ilin noyabrında həmin şəxs federasiyadan uzaqlaşdırılıb:

    "Seçildiyi gündən federasiyaya öz təmir briqadası kimi yanaşmağa başlamış, heç bir iş görmədiyi halda ona yaltaqlıq etməyənləri, gözünə xoş görünməyənləri, onunla şəkil çəkdirməkdən yayınanları federasiyadan qovmaqla hədələmiş, məşqçiləri təhqir etmişdir. Bu hal federasiyanın üzv məşqçiləri arasında ciddi narazılıq və etirazlara səbəb olub. Ötən ilin avqust ayında İstanbulda keçirilən Türk Dünyası Muay-tay çempionatı zamanı  bütün komandaların qarşısında baş məşqçimizə əl qaldırmış və ciddi əlbəyaxa yaranmasına səbəb olmuşdur. Bu utancverici hal bizi, ölkəmizi digər komandalar qarşısında biabırçı duruma düşürmüşdür. 

    O, şəxsi məsələləri federasiyanın mənafeyindən üstün tutdu. Nəticədə federasiyanın üzvlərinin 90%-i dedi ki, bu adam prezident postundan çıxmalıdır. Qaydalara uyğun olaraq, noyabrın 2-də növbədənkənar konfrans keçirərək onu səsvermə ilə rəhbərlikdən uzaqlaşdırdıq. Hazırda onun federasiya adından danışmaq üçün heç bir səlahiyyəti yoxdur".

    Onun sözlərinə görə, Azərbaycan Kikboksinq Federasiyası akkreditasiyadan keçdiyindən, Gənclər və İdman Nazirliyi yalnız onların fəaliyyətini tanıyır. Bu səbəbdən də Muay-Tay və Tayboks Federasiyası məktublaşmaları Kikboksinq Federasiyası vasitəsilə edir:

    "Əsassız və qanunsuz özünə federasiyanın yeni möhürünü düzəltdirən Araz Musayev heç bir hüquqi əsası olmadan federasiya adından danışır, hansısa sənədlər verməkdə davam edir. 9 fevral tarixində isə qanunsuz ödənişli döyüşlər keçirməyə cəhd etmiş və bu qanunsuzluğun qarşısı hüquq-mühafizə orqanları tərəfindən  alınmışdır". 

    Azər Həsənsoy bildirib ki, hazırda Araz Musayev onun barəsində məhkəməyə müraciət etdiyindən, federasiyanın sonuncu seçkisinin nəticəsi hələ ki tanınmır. Məhkəmənin nəticəsindən asılı olaraq, tanınma olacaq: "Noyabrın 2-dəki konfransın nəticəsini Ədliyyə Nazirliyinə göndərmişik. Onlar da baxıb ki, bizim seçkimiz qanunauyğun keçirilib. Bu adam da prosesi saxlamaq üçün məni məhkəməyə verib. Məhkəmə məsələsi olarkən isə iddiaçı və cavabdeh tərəfin fəaliyyəti müvəqqəti dayandırılır".

    Qeyd edək ki, Azər Həsənsoy həm də Azərbaycan Uşu Federasiyasının prezidentidir. Lakin bu qurum da nazirlik tərəfindən tanınmadığından, akkreditasiyadan keçmiş Çin Döyüş Növləri Assosiasiyasının nəzdində fəaliyyət göstərir.

    Döyüş növləri

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25
    Döyüş növləri

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04
    Taekvondo

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Avropa çempionatı: Daha 2 boksçumuz mərhələ adladı

    19.09.2026 10:51:27
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 3 boksçumuz 1/4 finalda

    21.09.2026 12:10:25

    Azərbaycan çempionatında 12 komanda - Püşk atıldı

    21.09.2026 11:57:15

    Bakıdakı dünya çempionatında azərbaycanlı hakim də olacaq

    21.09.2026 11:35:18

    ABL-də komandaların sayı bilindi, "Şəki" və "Sumqayıt"ın yeri dəyişdirildi

    21.09.2026 11:16:23

    "Bursaspor" Toral Bayramovu icarəyə verə bilər

    21.09.2026 10:50:03

    Azərbaycanda bu klubun strategiyası dəyişdi: Yerlilərə üstünlük verəcək

    21.09.2026 10:23:14

    Şahmat yığmalarımız Olimpiadada Argentina və Qazaxıstana qarşı

    21.09.2026 10:00:51

    Bakıdakı futbol üzrə dünya çempionatı ilə bağlı yeni detallar ortaya çıxdı

    21.09.2026 09:47:03

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved