Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Kikboksinq
    Azərbaycanda federasiya prezidenti digər federasiya prezidentini məhkəməyə verdi
    12.02.2025 00:46:20

    Azərbaycan Muay-Tay və Tayboks Fedarasiyasının prezidenti Araz Musayev Azərbaycan Uşu Sanda Federasiyasının prezidenti Azər Həsənsoyu məhkəməyə verib.

    Prosport.Az-ın xəbərinə görə, bu gün Muay-Tay və Tayboks Fedarasiyasının iclası keçirilib.

    Araz Musayev federasiyanın İctiami Birlik kimi Ədliyyə Nazirliyinin reyestrindən olan çıxarışını iclas iştirakçılarına təqdim edib. O, Muay-Tay və Tayboks Fedarasiyasının daxili məsələlərinə müdaxilə etdiyinə görə Uşu Sanda Fedarasiyasının prezidenti Azər Həsənsoyu məhkəməyə verdiyini və muraciətin qəbul olunduğunu bildirib. Həmçinin, bildirilib ki, Kikboksinq Fedarasiyasının rəhbərliyi tərəfindən onların işinə müdaxilə edilib, şəhidlərin xatirəsinə həsr olunmuş yarışa mane törədilib.

    İclasda həmçinin klublara əsasnamələr təqdim olunub. Ümumilikdə 12 klub yaradılıb, həmçinin yığma komandaya yeni baş məşqçi və məşqçilər təyin olunub. Beynəlxalq Muay-Tay Fedarasiyaları Assosiasiyasının bu quruma göndərdiyi məktuba əsasən, illik təqvim planında olan yarışların vaxtı açıqlanıb.

    Bu il bu idman növündə vacib yarışlar bunlardır: 22-31 mayda böyüklərin dünya çempionatı (Kappadokya, Türkiyə), Sentyabrda gənclərin dünya çempionatı (Əbu-Dabi, BƏƏ), 7-21 noyabrda Islam Həmrəyliyi Oyunları (Ər-Riyad, Səudiyyə Ərəbistanı), 20-27 noyabrda Avropa çempionatı (Afina, Yunanıstan).

    Qeyd edək ki, Araz Musayevlə Azər Həsənsoy vaxtı ilə bir yerdə çalışıb. 2022-ci ilin martın 14-də sözügedən federasiyanın prezidenti olan Azər Həsənsoy istefa verərək yerini vitse-prezident olan Araz Musayevə verib.

    Onu da bildirək ki, Muay-Tay və Tayboks Fedarasiyası Gənclər və İdman Nazirliyindən akkreditasiyadan keçə bilməyən qurumlardan biridir. Bu səbəbdən federasiya hazırda Adil Əliyevin fəxri prezidenti və Orxan Əliyevin prezidenti olduğu Azərbaycan Kikboksinq Federasiyasının daxilində fəaliyyət göstərir. Yarışların keçirilməsi razılığı Kikboksinq Federasiyasının rəhbərliyinin razılığı alınmaqla baş tutur.

    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Taekvondo

    Daha bir paralimpiyaçımız dünya çempionatında medal qazandı

    21.11.2026 12:12:13
    Döyüş növləri

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    MMA

    "Tank" ləqəbli idmançımız çəkisini artırsa da, döyüş baş tutacaq

    20.11.2026 12:57:38
    Döyüş növləri

    Azərbaycan parataekvondoçusu dünya çempionu oldu

    20.11.2026 11:33:25
    Döyüş növləri

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    19.11.2026 23:14:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved