Qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün sonuncu matçını keçirib.
Prosport.Az xəbər verir ki, Evrən Alkayanın rəhbərlik etdiyi komanda C qrupundakı altıncı oyunda Polşa ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 88:34. Belçika isə Litvaya səfərdə 70:69 qalib gəlib.
Qeyd edək ki, Azərbaycan millisi Polşa ilə yanaşı Belçika və Litva ilə mübarizə apardığı qrupda daha əvvəl keçirdiyi bütün görüşlərdə rəqiblərinə məğlub olmuşdu. Son Avropa çempionu Belçika 1-ci, komandamız sonuncu olub.
