Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Zaqrebdə Azərbaycan finalı: Günay legioner güləşçiyə qalib gəldi – YENİLƏNİB
    7.02.2025 23:59:30

    Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli “Zagreb Open” turnirində Azərbaycanın daha 6 güləşçisi mübarizə aparıb.

    Prosport.Az xəbər verir ki, 59 kq-da 2 qadın təmsilçimiz xalça üzərinə çıxıb.

    Alyona Kolesnik və Günay Qurbanova arasında gərgin mübarizə şəraitində keçən finalda daha əzmkar güləş nümayiş etdirən Günay ukraynalı legionerimizə 4:2 hesablı qələbə qazanıb.

    Yunan-Roma 63 kq-da güləşən Ziya Babaşov amerikalı Elis Kolmanla görüşdə son saniyələrdə təşəbbüsü əldən verərək bürünc medal əldə etmək şansını itirib – 3:5.

    18:55

    Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə reytinq turniri davam edir.

    Prosport.Az xəbər verir ki, bu gün daha 4 güləşçimiz “Zaqreb Open”də döşək üzərinə çıxıb.

    Alyona Kolesnik (59 kq) macarıstanlı Erika Boqnar (5:2) və amerikalı Mikaela Bekə (tuş), Günay Qurbanova isə amerikalı Sofiya Makaluso (tuş) və moldovalı Mariana Kerdivaraya (8:2) qalib gəlib. Hər iki güləşçimiz yarımfinalda uğurlu çıxış edib. Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabıyla məğlub edərək finala yüksəlib. Milli üzvləri finalda qarşılaşacaq.

    Murad Məmmədov (63 kq) ilk mərhələdə özbəkistanlı Aytcan Xalmaxanova 5:14 hesabı ilə uduzub. Onunla eyni çəkidə yer alan Ziya Babaşov belaruslu Qleb Makarankoya (AIN) üstün olaraq (2:1) yarımfinala yüksəlib. O, finala gedən yolda rusiyalı Dinislam Bammatova (AİN) məğlub olub – 0:8. Ziya bürünc medal uğrunda amerikalı Elis Kolmanla güləşəcək.

    Olimpiya mükafatçımız Həsrət Cəfərov (67 kq) təsnifat mərhələsində norveçli Morten Toreseni asanlıqla mübarizədən kənarlaşdırıb – 5:1. Həsrət moldovalı Valentin Petiçlə görüşdə 7:0 öndə olarkən qulağından ciddi zədə alıb və yarışı tərk etmək məcburiyyətində qalıb. Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov debütdə serbiyalı Sebastyan Nada sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.

    Qeyd edək ki, yığmamız “Zagreb Open”də 7 medal qazanıb. Sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, İslam Bazarqanov (57 kq), Arseni Cioyev (86 kq), Osman Nurməhəmmədov (92 kq) gümüş, Nurəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Əbubəkr Abakarov (92 kq) isə bürünc medala sahib çıxıb.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved