Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    AFFA-nın keçirdiyi liqada qadın hakimi söyən türk valideyn imiş – YENİLƏNİB + VİDEO
    23.01.2025 17:20:11

    AFFA U-10 Liqasının XI turunun "Azərbaycan Qartalları" – "Səbail" (4:5) oyununda hakim Ziyvər Əsədovanı söyən adam 1-ci komandanın türk futbolçularından birinin valideyni imiş.

    Bu barədə Prosport.Az-ın redaksiyası ilə əlaqə saxlayan "Beşiktaş"ın Bakıdakı Akademiyasının koordinatoru Abdulkadir Öz deyib:

    "Mən özüm həmin matçda olmamışam. Cəzalı idim (22 dekabrda keçirilmiş "Neftçi" PFK – "Azərbaycan Qartalları" oyununda hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyunluq cəzası olub – red.). Həmin vaxt heç meydançanın kənarında da olmamışam. Həmin videoya baxmışam. Söyüş söyən valideynlərdən biridir. Təbii ki, qadın hakimə belə söyüş söymək yaraşmaz. Biz özümüz də bu məsələni araşdıracağıq və həmin valideynin oyunlara gəlməsini məhdudlaşdırmağa çalışacağıq".

    Məsələ ilə bağlı "Səbail"in U-10 komandasının baş məşqçisi Sadiq Eyvazlının da fikirlərini öyrəndik: "Orda rəqib komandanın futbolçularının valideynləri və baş məşqçi (Anar Qasımovu nəzərdə tutur – red.) olub. Kadir müəllim orda olmayıb. Tərbiyəsizliyi edən valideynlər olub və məşqçi də onları sakitləşdirməli idi. Amma əksinə vəziyyəti qızışdırırdı".

    Sonda onu da bildirək ki, əldə etdiyimiz məlumata görə, söyüşü söyən "Azərbaycan Qartalları" komandasının kapitanı və 10 nömrəli futbolçusu, həmin matçda het-trikə imza atmış Barbaros Tanrıverdinin valideyni olub.  

    14:00

    AFFA U-10 Liqasının XI turunun "Azərbaycan Qartalları" – "Səbail" (4:5) oyununda insident yaşanıb.

    Prosport.Az-ın xəbərinə görə, yanvarın 19-da Cüdo Federasiyasının Təlim-Məşq Mərkəzində keçirilmiş oyunda məğlub komandanın türkiyəli koordinatoru Abdulkadir Öz hakimlikdən narazı qalıb.

    O, azərbaycanlı qadın hakim Ziyvər Əsədovanı idarə etdiyi görüşdə təhqirə yol verib. Öz "Səbail"in 4-cü qolundan sonra "Hakim görmür, oğlum. Onu unudun. Hakim eyni hakimdir. Ondan bir şey gözləməyin" deyib və daha sonra onu təhqir edib.

    "Səbail"in qələbə – 5-ci qolundan sonra isə o "Sənə xına gətirəcəyəm, xına. Hər yerinə yaxarsan" deyib. 

    Qeyd edək ki, 43 yaşlı Abdulkadir Öz Azərbaycanda yaşayır. "Beşiktaş"ın yetirməsi olmuş Öz ilk dəfə 2005-ci ildə AZAL komandasına keçərkən, Azərbaycana gəlib. O daha sonra "Qəbələ", "Bakılı" və "Neftçala" komandalarında çıxış edib. 2011-ci ildə karyerasını "Neftçala"da başa vurub. Sabiq pleymeyker hazırda çempionatda "Azərbaycan Qartalları" adı ilə çıxış edən "Beşiktaş"ın Bakıda fəaliyyət göstərən Akademiyasının koordinatoru işləyir.

    Xatırladaq ki, daha əvvəl AFFA U-13 Liqasında yararsız toplardan istifadə edildiyi bəlli olmuşdu.

    Futbol

    Almaniya Bakıdakı dünya çempionatını boykot etdi, Ukrayna alqışladı

    19.09.2026 11:48:21
    Akademiya

    Təxirə salınmış oyunda darmadağın: "Neftçi"nin rəqibi bilindi

    17.09.2026 23:43:10
    Futbol

    Millimizin Bakıdakı dünya çempionatında rəqibləri məlum oldu

    17.09.2026 22:15:10
    Futbol

    "Sumqayıt"ın futbolçusu hakimi söydü, sərt cəzalandı

    17.09.2026 17:15:40
    Futbol

    Futbol millimiz Bakıda Moldovaya yenə uduzdu

    16.09.2026 12:22:09
    Akademiya

    "Qarabağ"dan darmadağın, "Neftçi"dən 3 qollu qələbə

    16.09.2026 00:07:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37

    "Şamaxı" "Araz-Naxçıvan"a, "Kəpəz" "Sumqayıt"a qarşı

    20.09.2026 10:00:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved