Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    İki idmançımız Olimpiya medalını geri qaytaracaq - SƏBƏB
    15.01.2025 12:19:50

    Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.

    Prosport.Az xəbər verir ki, bu barədə report-a taekvondoçu Həşim Məhəmmədov (58 kq) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) məlumat veriblər.

    Gümüş mükafatçı Məhəmmədov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını söyləyib: "İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".

    Bürünc medal əldə edən Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğulayıb.

    Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov report-a açıqlamasında Məhəmmədovla bağlı məsələdən xəbərdar olduqlarını bildirib. O, Həsrət Cəfərov və digər idmançıların medalları ilə də maraqlanacaqlarını diqqətə çatdırıb: "Yekun araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacaq".

    Qeyd edək ki, daha əvvəl 100-dən çox idmançı Paris-2024-də qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıb. Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunub.

    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Güləş

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19

    "Milli fasiləyə qalib yollanmaq önəmli idi" – Akim Zedadka

    20.09.2026 10:37:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved