Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Döyüş növləri
    Vüqar Kərəmov yenidən titul döyüşünə çıxır – Rəqibi 1 dəfə azərbaycanlı ilə qarşılaşıb
    5.12.2024 11:58:33

    Azərbaycanlı MMA idmançısı Vüqar Kərəmov yenidən "Rizin" turnirində titul döyüşünə çıxacaq.

    Prosport.Az-ın xəbərinə görə, 32 yaşlı idmançımızın rəqibi yapon əsilli braziliyalı Robertu de Souza olacaq.

    Kərəmov noyabrın 17-də Yaponiyanın Naqoya şəhərində oktaqonda keçirilmiş döyüşdə Kazumasa Macimanı 28 saniyəyə nokauta salıb. Bununla da o, yüngül çəkidə (Lightweight) titul döyüşünə çıxmaq hüququ əldə edib.

    Vüqar indiyədək 20 dəfə qalib gəlib, 5 dəfə uduzub. O, ötən il iyulun 30-da Saitama şəhərində yarımyüngül çəkidə (Featherweight) kəmər qazansa da, noyabrın 4-də həmin kəməri Bakıda Çihiro Suzukiyə (yeri gəlmişkən, o da bu turnirdə çempionluq titulunu müdafiə etmək üçün döyüşəcək – red.) uduzmuşdu.

    "Satoşi" ləqəbli De Souza Braziliya Ciu-citsu üslubunda döyüşür və əvvəllər qraplinq idman növü ilə məşğul olub. 35 yaşlı idmançı indiyədək MMA-də 17 qələbə qazanıb və cəmi 3 dəfə məğlubiyyətlə barışıb.

    Qeyd edək ki, de Souza artıq bir dəfə azərbaycanlı idmançı ilə kəmər döyüşünə çıxıb. Bu, 2021-ci ilin iyunun 13-də Vüqar Kərəmovun sabiq komanda yoldaşı Tofiq Musayevlə olub. Yaponiyanın paytaxtı Tokioda rinqdə keçirilmiş görüşdə braziliyalı döyüşçü 1-ci raundda idmançımızı boğma fəndi ilə təslim olmağa məcbur etmişdi. 

    Həmin vaxtdan bəri Robertu de Souza 3 dəfə titulunu müdafiə etməyi bacarıb. Sonuncu dəfə o, braziliyalı həmyerlisi, "Killer" ləqəbli Luiz Qustavunu sentyabrın 29-da 21 saniyəyə məğlub edib.

    O, 4-cü dəfə qazandığı kəməri müdafiə etmək üçün Vüqar Kərəmovla döyüşəcək. Bu döyüş dekabrın 31-də "Rizin 49" turniri çərçivəsində Yaponiyanın Saitama şəhərində baş tutacaq.

    Döyüş növləri

    Azərbaycanın 2 boksçusu Avropa çempionatının yarımfinalında

    21.11.2026 12:43:57
    Döyüş növləri

    Daha bir paralimpiyaçımız dünya çempionatında medal qazandı

    21.11.2026 12:12:13
    Stolüstü oyunlar

    Azərbaycanı Qazaxıstanda onlar təmsil edəcək - ADLAR

    20.11.2026 16:11:38
    Döyüş növləri

    "Tank" ləqəbli idmançımız çəkisini artırsa da, döyüş baş tutacaq

    20.11.2026 12:57:38
    Taekvondo

    Azərbaycan parataekvondoçusu dünya çempionu oldu

    20.11.2026 11:33:25
    Döyüş növləri

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcək - ADLAR

    19.11.2026 23:14:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved