Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Güləş Federasiyasının vitse-prezidentinə vəzifə verdi
    21.11.2024 17:17:48

    Ümumdünya Güləş Birliyi (UWW) tərəfindən Qraplinq, pankration və həvəskar MMA üzrə vahid Komitə yaradılıb. Belə ki, bu sahələrdə çox sayda idmançının bir neçə idman növü ilə məşğul olması səbəbindən bu idman növlərinin vahid komitə tərəfindən idarə edilməsi qərara alınıb. Birlik bu idman növlərini vahid komitədə birləşdirməklə bu sahəyə daha çox və peşəkar səviyyədə diqqət ayrılmasını hədəfləyir. Bununla bağlı milli federasiyalara müvafiq qaydada müraciət edilərək qraplinq, pankration və həvəskar MMA idman növlərinə dəstək verməyə çağırılıb.

    Prosport.Az xəbər verir ki, İcraiyyə Komitəsi tərəfindən UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev yeni Komitənin prezidenti, yunan əsilli Almaniya MMA Assosiasiyasının və Dünya Pankration Komitəsinin prezidenti Adrian Bakos isə vitse-prezidenti seçilib.

    UWW-nin seçim qaydalarına uyğun olaraq milli federasiyalar tərəfindən əlavə 3 üzvün də seçilməsindən sonra komitə tam formalaşdırılacaq. Yeni komitəyə idmançı, məşqçilər və texniki komissiyalar kimi əlavə komissiyalar dəstək verəcək.

    Pankration – həvəskar MMA bölməsinə UWW təmsilçiləri türkiyəli Onur Şimşək, Qraplinq bölməsinə isə isveçrəli Antonina Bosa nəzarət edəcək.

    Qeyd edək ki, pankration əlbəyaxa döyüş idman növlərindən biri kimi Yunanıstanda yaradılıb və qədim dövrdə klassik Olimpiya Oyunlarının tərkibində yer alıb.

    Qraplinq və MMA isə müasir idman növləridir. Güləş idman növlərindən biri olan qraplinqin özəlliyi boğucu fəndlərdən ibarətdir. Qarışıq idman növü olan MMA-da isə həm döyüş, həm də güləş fəndlərindən istifadə edilir. UWW həvəskar MMA üzrə yarışları peşəkar MMA-dan fərqli olaraq, qəfəsdə deyil, güləş xalçası üzərində keçirir.

    Onu da bildirək ki, Azərbaycanda pankration, qraplinq və MMA Azad Əsgərovun rəhbəri olduğu Azərbaycan MMA və Qraplinq Federasiyasının kurasiyasındadır.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Güləş

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved