Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Özəl xəbər
    Azərbaycanda bu federasiyanın İdarə Heyətinə italyan aşbaz gətirilib – ARAŞDIRMA
    6.11.2024 09:40:56

    Ötən ayın sonlarında Azərbaycan Badminton Federasiyasının İdarə Heyətinə yeni üzvlər seçildi. Bunlar Kəmalə Şahbazova, Teymur Hüseynov, Elio Bevilakva və Ceyhun Məmmədəliyev oldu. İlk 2 şəxs həm də federasiyanın yeni vitse-prezidentləri kimi təqdim edildi.

    Bəs əcnəbi olan Elio Bevilakva kimdir? Prosport.Az Azərbaycan idman federasiyasında yer alan bu əcnəbinin kimliyini araşdırıb.

    E.Bevilakva milliyyətcə italyandır. O, həyat yoldaşı Valeriyaya görə artıq çoxdandır ki, Bakıda yaşayır. Yaxşı yemək bişirmək bacarığı var. Çünki peşəsi aşbazdır. Bakının məşhur italyan restoranlarından birində – "Scalini Port Baku Tower"də işləyir. 2012-ci ildə Bakıda keçirilmiş Avroviziya mahnı yarışması zamanı az qonaq onun "şah əsərləri"nin dadına baxmayıb. Ancaq Badminton Federasiyasına necə gəlişi, federasiyanın prezidenti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadovla nə yaxınlığı olması barədə heç bir məlumata rast gəlmək mümkün deyil.

    Çünki Bevilakva badmintondan daha çox, futbolu sevir. O, Bakıda minifutbol oynaması ilə tanınır. Hazırda "Neftçi"də idman üzrə müşavir işləyən Kamil Məmmədovla az futbol oynamayıb.

    Yeri gəlmişkən, Elio Bevilakvanın özü ilə də danışmağa cəhd etdik. O, COP29-la bağlı məşğul olduğunu, bu tədbirdən sonra məmnuniyyətlə müsahibə verməyə hazır olduğunu bildirdi.

    Federasiyanın İdarə Heyətinin digər yeni üzvü Ceyhun Məmmədəliyev isə bir neçə dəfə Azərbaycan çempionu olmuş keçmiş badmintonçudur. Yeni vitse-prezident Teymur Hüseynov isə "Paşa Holdinq"də Qrup üzrə Strateji İdarəetmə departamentinin direktorudur.

    Onu da qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının əvvəlki vitse-prezidentləri Aynur Səmədova (Arazova) və Emin Maqsudov olub. Onların hər ikisi federasiya prezidentinin rəhbəri olduğu Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləyib.

    Vasif

    Digər idman növləri

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39
    Digər idman növləri

    AZSİF-in idmançıları Mersində beynəlxalq surfkastinq turnirində birinci oldular - Fotolar

    5.10.2026 19:15:06
    Digər idman növləri

    Tofiq Əliyev Britaniyada 2 qızıl medal qazandı

    5.10.2026 17:48:08
    Stolüstü oyunlar

    FIDE-nin yeni prezidenti Bakıya gəldi

    5.10.2026 10:30:22
    Digər idman növləri

    Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

    4.10.2026 23:25:23
    Digər idman növləri

    Astarada şose qaçışı üzrə ölkə birinciliyi keçirilib

    4.10.2026 20:25:38
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa çempionatı: Daha 5 boksçumuzdan qələbə

    6.10.2026 12:17:35

    Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu yarışın vaxtı açıqlandı

    6.10.2026 11:54:39

    Millimiz Qəbələdə yaponlarla üz-üzə

    6.10.2026 11:21:53

    Azərbaycan Kuboku: Təyinatlar açıqlandı

    6.10.2026 11:04:43

    Millimiz son matçda "cırtdanlar"a qarşı

    6.10.2026 10:47:23

    Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdə ilk oyununa çıxır

    6.10.2026 10:24:33

    "Sabah" Çempionlar Liqasına Litvada start verir

    6.10.2026 10:02:41

    Olimpiya çempionumuz Bakıda səhnəyə çıxır

    6.10.2026 09:00:41

    "Sabah" çexiyalı azarkeşlər üçün 4 minə yaxın yer ayırdı

    5.10.2026 23:49:38

    "Prezidentin açılış mərasimində iştirakı yüksək diqqətin göstəricisidir" – Rəşad Nəbiyev

    5.10.2026 23:14:35

    "Renat Dadaşov təmiz forvarddır, əsl "9" nömrədir" - Ukraynalı baş məşqçi

    5.10.2026 22:41:08

    "Qoldan sonra Azərbaycan millisinin müdafiəsini yarmaq çətin oldu" - Litvalı qapıçı

    5.10.2026 22:15:19

    Yaponiyalı bacı-qardaş yenə Bakıda dünya çempionu oldu - YENİLƏNİB

    5.10.2026 21:49:34

    "Bu toplanış bizi daha da birləşdirdi" – Rəşad Eyubov

    5.10.2026 21:16:31

    ABL-in II divizionu bu tarixdə başlayacaq

    5.10.2026 20:37:58
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved