Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva (57 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatının qızıl medalını qazanıb.
Prosport.Az xəbər verir ki, təmsilçimiz finalda yaponiyalı Ruka Natami ilə qarşılaşıb. Daha öncə yeniyetmələr və gənclər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Natamiyə 10:8 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionu olub.
Qeyd edək ki, Jalə Əliyeva 1/8 finalda ukraynalı Alina Filipoviçə (7:4), 1/4 finalda türkiyəli Sevim Akbaşa (10:0) və yarımfinalda ABŞ-li Sofiya Makalusoya (tuş) qalib gələrək ardıcıl 2-ci dəfə U-23 dünya çempionatının finalına yüksəlmişdi.
