Niderlandın "Ayaks" klubunun futbolçusu Danyele Ruqani UEFA Avropa Liqasının əsas mərhələsinin III turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirib.
Prosport.Az xəbər verir ki, italiyalı mərkəz müdafiəçisi 3:0 hesablı qələbədən məmnunluğunu bildirib.
30 yaşlı oyunçu ilk dəfə "Ayaks"ın heyətində start "11-lik"də çıxış etməsinə də münasibət bildirib: “Şadam ki, mühüm oyunda qalib gəldik. Oyun asan olmadı. Çünki biz səfərdə oynayırdıq, rəqib təhlükəli idi. Biz yenə də öz işimizi gördük və bundan razıyıq.
O ki qaldı öz performansıma, əvvəlki formamı bərpa etmək üçün məşqlərdə bütün gücümlə çalışıram. Zədədən sonra start heyətində meydana çıxdım. Oranın daimi üzvü olmaq üçün vaxt lazımdır.
Qırmızı vərəqədən sonra işimiz asanlaşdı. 3 qol vurduq və xallarımızı qazandıq”.
Qeyd edək ki, "Yuventus"a məxsus olan Daniele Ruqani “Qarabağ”la görüşün 59-cu dəqiqəsində türkiyəli Ahmetcan Kaplanla əvəzlənib.

