Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Məncə, bu hakimliyin arxasında nəsə durur" – Qurban Qurbanov
    24.10.2024 23:54:35

    "Qarabağ" UEFA Avropa Liqası Liqa mərhələsinin III turunda Bakıda Niderlandın "Ayaks" klubuna 0:3 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Əfsuslar olsun ki, məğlub olduq. Oyuna çox yaxşı başlamışdıq. Müdafiə olunmaq istəmirdik. Futbolçularımızın qırmızı vərəqə alması xoş olmadı. Əlimizdə olan oyunçuların sayı azalırsa, bu, əlavə problemdir. Amma futbolçularımın cəsarətindən razı qaldım. Böyümək üçün bir çox elementləri keçməliyik. Bu gün bunun şahidi olduq. Belə böyük oyunlarda bu cür bəsit vərəqələr verilirsə, deməli, biz yenə bəzi xırda detallara fikir verməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bu cəsarəti qoruyub-saxlasaq, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəyik. Buna inanıram. Bir daha gördük ki, böyük komandalar kiçik fürsətlərdən necə istifadə edir.

    – Ötən mövsüm demişdiniz ki, Elvin Cəfərquliyev yersiz vərəqələr almağa davam etsə, onunla daha ciddi söhbət edəcəyəm. Elvinlə bağlı hansısa tədbir görmək fikriniz var?
    – Söhbət mütləq olacaq. Amma futbol mübarizə oyunudur. Belə epizodlarda qırmızı vərəqə verirlərsə, futbol oynamayaq. Hakimlərin bəzi qərarları mənim üçün maraqlı olur. 2-ci hissədə Juninyunu 2 əllə yıxanda penalti vermirsə, Juliu Romaunun mərkəzdə etdiyi qayda pozuntusuna niyə qırmızı vərəqə verir? Bəlkə də biz qaydaları dərindən bilmirik. Elvinin epizoduna gəlincə, biz komanda azlıqdadırsa, hesabda geridədirsə və 2-ci "sarı"nı verirsənsə, məncə, bunun arxasında nəsə durur. Bizim ölkəyə bir az pozitiv fikirlə gəlsələr, yaxşı olar. Heç vaxt hakimlərin üzərinə getməmişəm. Nə olsun ki, biz "Qarabağ"ıq, böyük kluba qarşı oynayırıq. Belə yanaşma olmaz.

    – Qərarlardan UEFA-ya şikayət etməyi planlaşdırırsınız?
    – Yəqin ki, yox. 1-2 dəfə etmişik, amma nəticəsi olmayıb. Oyun başa çatıbsa, faydası olmayacaq. Hakimlik barədə danışmasaq, yaxşıdır. 

    – Bu gün 2 futbolçu cəzalı duruma düşdü. "Budö/Qlimt"lə matçda nə edəcəksiniz?
    – Nə lazımdırsa, edəcəyik. Səfərə çəkinmədən, inamla gedəcəyik. 7 xalları var, hələ məğlub olmayıblar. Ələlxüsus evdə rəqibə oynamağa imkan vermirlər. Amma digər futbolçularımız var. Əlimizdə olanlarla yaxşı nəticə əldə etməyə çalışacağıq.

    – Bəhlul Mustafazadənin start heyətində oynamamasının səbəbi nə idi?
    – Kevin Medina və Bədəvi Hüseynov bu gün daha hazır idi. Bəhlulun da səhvləri olub. Amma o bizim əsas oyunçumuzdur. Məşq prosesində özünü yaxşı göstərəcəksə, yenə onu əsas heyətdə görəcəyik.

    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved