"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası (U-19) UEFA Gənclər Liqasında böyük hesabla məğlub olub.
Prosport.Az xəbər verir ki, xorvatiyalı Adino Mustedanaqiçin rəhbərlik etdiyi kollektiv "Sent Yakob Park" stadionunda keçirilən matçda İsveçrənin "Bazel" klubuna 0:6 hesabı ilə darmadağın olub.
Meydan sahiblərinin qollarını Aaron Akale (6, 16), Noa Ştrayt (39, 56), Kobel Sou (77-penalti) və Aksel Künts (90) vurub. 81-ci dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Elgün Dünyamalıyev 2-ci sarı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında noyabrın 6-da Bakıda baş tutacaq qarşılaşma saat 18:00-da başlayacaq.
