Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bakıya gəlmək ucuz deyil, onlar çox pul xərcləməli oldu" – Françesko Farioli
    23.10.2024 18:36:21

    Niderlandın "Ayaks" klubu UEFA Avropa Liqasının III turu çərçivəsində sabah Bakıda "Qarabağ"ın qonağı olacaq.

    Prosport.Az xəbər verir ki, Amsterdam təmsilçisinin italiyalı baş məşqçisi Françesko Farioli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Komandanız niyə oyunqabağı məşq üçün “Neftçi Arena”nı seçdi?
    – Plan belə idi. Biz adətən diqqəti cəlb etmək üçün yox, başqa stadionda sərbəst məşq etməyi xoşlayırıq.

    – Sabahkı matç haqqında nə düşünürsünüz?
    – Rəqibimizi təhlil etmişik. “Qarabağ” güclü rəqibdir, bir çox titulları var. Futbolçuları ilə maraqlanırdım. Mən Türkiyədə işləmişəm ("Fatih Karagümrük", "Alanyaspor"da işləyib – red.), ona görə də Azərbaycan haqda məlumatlıyam. Çünki bu ölkələr bir-birinə yaxındır. Kadr itkilərimiz var, Bakıya tam heyətlə gəlməmişik.

    – “Qarabağ”ın heyətində ən çox nədən ehtiyat edirsiniz?
    – Bəzi futbolçuları fərdi şəkildə öyrəndik. Dinamik komandadır. Son dəqiqələrdə uduzduqları “Bayer”lə oyunu vurğulayardım.

    – Sabah hansı nəticəni gözləyirsiniz?
    – “Qarabağ”ın güclü və zəif tərəflərini analiz edirik. Biz daha yaxşı olmaq və layiqli xallar qazanmaq istəyirik.

    – Zehni olaraq uduzmağa hazırsınız?
    – Futbolda hər şey ola bilər. Amma biz öz oyunumuza və nəticəyə köklənmişik. Sabah sürpriz olarsa, növbəti oyunlara hazırlaşacağıq.

    – Bakıya “Ayaks”ın çoxsaylı azarkeşləri gəlib. Onlara nə demək istərdiniz?
    – Bu haqda eşitmişəm. Bura gəlmək ucuz deyil, üstəlik çox pul xərcləməli oldular. Biz onlara bir jest etmək və qələbə ilə təşəkkür etmək istəyirik.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved