UEFA "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən İsveçin "Elfsborq" klubunu cərimələyib.
Prosport.Az xəbər verir ki, Allsvenskan təmsilçisi İtaliyanın "Roma" komandasına qalib gəldikləri (1:0) II tur matçında azarkeşlərin pirotexniki vasitələrdən istifadəsinə görə 50 min avro ziyana düşüb.
Klubun avrokuboklardakı ev oyunlarında qapı arxasındakı tribunaların qismən bağlanmasına da qərar verilib. "Elfsborq"a 2 illik sınaq müddəti də qoyulub.
Qeyd edək ki, "Qarabağ" turnirin Liqa mərhələsində dekabrın 11-də "Elfsborq"un qonağı olacaq.

