Bakı Olimpiya Stadionu (BOS) 2027-ci ildə Çempionlar Liqasının finalına ev sahibliyi edə bilər.
Prosport.Az xəbər verir ki, BOS-la yanaşı, İspaniyanın paytaxtı Madrid şəhəri də eyni ildə qitənin ən nüfuzlu klub turnirinə ev sahibliyi etmək üçün namizlədiyini irəli sürüb. Təklif müsbət cavablandırılarsa, həlledici qarşılaşma "Metropolitano" stadionunda reallaşa bilər.
Qeyd edək ki, rəsmi müraciətlər 19 mart 2025-ci ilə qədər təqdim edilməlidir. UEFA İcraiyyə Komitəsi may ayında finalların keçiriləcəyi yerləri müəyyən edəcək.

