UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından əvvəl konsert olacaq.
Prosport.Az xəbər verir ki, tədbir oktyabrın 24-ü, saat 18:45-də Tofiq Bəhramov adına Respublika Stadionunun A girişində Mərdan Kazımovun iştirakı ilə canlı baş tutacaq.
“Qarabağ” – “Ayaks” oyunu isə saat 20:45-də start götürəcək.

