Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Azərbaycanda bu məqama daha çox diqqət ayrılmayıb" – Raydell Pupon
    23.10.2024 10:42:29

    "Qarabağ" Azərbaycanın "Ayaks"ıdır".

    Prosport.Az xəbər verir ki, bu sözləri hər iki klubda çıxış etmiş niderlandlı futbolçu Raydell Pupon Amsterdan təmsilçisinin rəsmi saytına açıqlamasında deyib.

    O, Ağdam təmsilçisinə keçidini xatırlayıb: "Uzun müddət Niderlandda çıxış edirdim. Fərqli bir şeyə hazır idim. 2015-ci ildə "Qarabağ" "qapını döydü". Amma klub haqqında heç nə bilmirdim. Onlar Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edirdilər. Getməyimin əsl səbəbi bu idi".

    Surinam əsilli futbolçu 1987-ci ildən mövcud olan "Qarabağ"ın indiyədək tanınmamasının səbəbini belə izah edir: "Əmin deyiləm ki, niyə belədir. Azərbaycan tanınmış ölkə deyil və ora az sayda turist gedir. "Qarabağ" ölkənin ən böyük klubudur, lakin Avropa ilə müqayisədə kiçik olaraq qalır. Çempionatda çox komanda yoxdur və hər il, demək olar ki, asanlıqla çempion olurlar. Futbolçular ora Çempionlar Liqası və ya Avropa Liqasında oynamaq üçün keçir".

    O, "Boluspor" və "Qaziantep"də də oynadığından, Türkiyə və Azərbaycanın həyat tərzini də müqayisə edib: "Azərbaycanda həyat tərzi Türkiyəninkinə bənzəyir. Bakı gözəl şəhərdir, Dubaya bənzəyir. Böyük binalar var və hava o qədər də isti deyil. Orada insanlar rus və türk dillərini qarışdırıb danışır. Həmişə yanımda tərcüməçi olurdu və ya ona zəng edirdim".

    Pupon Türkiyə və Azərbaycan futbolu arasında fərqlərdən də danışıb: "Futbol, ​​şübhəsiz ki, Azərbaycanda 1 nömrəli idman növüdür, lakin onun ətrafında atmosfer yoxdur. Türkiyədə futbol mədəniyyəti daha çılğındır. Azərbaycanı Niderlandla müqayisə etsəniz, gənclərin inkişafı baxımından çox böyük fərqlər var. Məncə, onlar bu məqama daha çox diqqət ayırmayıb. Niderlandda gənclərin inkişafı gələcəyə hesablanıb. Azərbaycanda isə bunların heç birini görmədim".

    Hazırda ölkəsinin DVS həvəskar komandasının formasını geyinən 37 yaşlı vinger Qurban Qurbanov haqda da danışıb: "Qarabağ" ölkənin ən titullu komandasıdır. Lakin Azərbaycanda oyunlar Niderlanddakından daha fiziki formada keçir. Düşünürəm ki, mənim dövrümdəki baş məşqçi hələ də oradadır. Qurban Qurbanov klubda böyük fiqurdur".

    O, UEFA Avropa Liqasında "Qarabağ"la "Totnm Hotspur" (Tottenham Hotspur) ilə matçda çox oynamaq istədiyini bildirib: "Həmin matçda oynamaq istəyirdim və bəlkə də o oyundan sonra başqa klubların diqqətini cəlb edəcəkdim. Amma düzünü desəm, çox oynamadığım üçün bu baş vermədi. Azərbaycanda həyat əsasən klubda və ya evdə keçirdi. Matçlardan əvvəl klubun düşərgəsində qalmaq normal hal idi. 1 çempionat və 2 avrokubok matçı keçirirdik. Baş məşqçinin gözü həmişə bizim üzərimizdə idi. Məsələn, o bəzən mənim nahara hara getdiyimi bilirdi".

    2015-ci ilin iyulundan 2016-cı ilin yanvarınadək əsasən ehtiyatdan meydana daxil olan Pupon "Qarabağ"da 21 matçda meydana çıxıb, 1 qol vurub və çempion olub. O, arzuladığı kimi Çempionlar Liqasında oynaya bilməsə də, Azərbaycanda oynadığı stadionlardan danışıb: "Biz tez-tez 2-3 min nəfər tutan kiçik bir stadionda çempionat oyunlarını keçirirdik. Amma böyük Avropa matçları Bakı Olimpiya Stadionunda keçirilirdi. Bu, çox insanı tutur və şübhəsiz ki, orada daha çox səs-küy olurdu".  

    Pupon oyun barədə isə bunları deyib: "Ayaks" gələndə işləri çox olacaq. Onlar özlərini zəif hesab edir, lakin yenə də qələbəyə can atacaqlar, xüsusən də evdə, atmosferin olduqca gərgin ola biləcəyi yerdə. Mənim vaxtımda çoxlu çevik oyunçularımız var idi və bu, yəqin ki, hələ də belədir. Amma indiki heyətdən baş məşqçidən başqa heç kimi tanımıram. Üstündən təxminən 10 il keçib. Yəqin ki, onun fəlsəfəsi hələ də eynidir. Amma düzünü desəm, "Ayaks"ın qalib gələcəyini gözləyirəm”.

    Qeyd edək ki, "Qarabağ" – "Ayaks" matçı oktyabrın 24-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Raydell Pupon 2015-ci ilin yayından 2016-cı ilin yanvarına qədər "köhlən atlar"da çıxış edib. O, 2004-2006-cı illərdə "Ayaks"ın aşağı yaş qruplarından ibarət komandalarında, 2006-2008-ci illərdə isə əsas heyətində yer alıb.

    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Futbol

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35
    Futbol

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    Futbol

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39
    Futbol

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58
    Futbol

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mənim iyirmi yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ümid Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    28.07.2026 15:50:16

    Türkiyənin güləş əfsanəsi Bakıya gəlib

    28.07.2026 15:44:17

    Millimizdən 2-ci qələbə: Bu dəfə Portuqaliya məğlub edildi

    28.07.2026 15:01:09

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved