AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin gedişi rəsmiləşib.
Prosport.Az-ın xəbərinə görə, artıq onun yeni iş yeri də məlumdur. Bu, Azərbaycan Gənclər Fondudur.
Qeyd edək ki, Yusif Vəliyev AFFA-da Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri olmaqla bərabər, həm də Region Liqasının təşkilatçılığına görə cavabdehlik daşıyırdı. O eləcə də Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri idi.

