AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.
Prosport.Az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan - İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

