Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Burada olduğum müddətdə həmin səhvlər bağışlanmayacaq" - Vaqif Cavadov
    20.10.2024 23:18:04

    "Çox yaxşı başladıq. Oyun ərzində də üstün tərəf biz idik. Sadəcə, "Turan Tovuz" fərdi səhvlərimizdən istifadə edib qapıya 4 zərbə endirdi və qollar vurdu. Ümumilikdə komandadan razıyam. Futbolçularım yavaş-yavaş fiziki cəhətdən daha da yaxşılaşacaq. İstədiyimiz sürətli futbolun şahidi olacağıq. Bugünkü məğlubiyyətin məsuliyyətini mən daşıyıram, futbolçuların heç bir günahı yoxdur. Nəzarət bizdə idi. Şanssızlıq məğlubiyyətə gətirib çıxardı".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın müvəqqəti baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının X turunun "Turan Tovuz"la görüşündən (4:2) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Futbolçuların fiziki durumunun yaxşı olmadığını düşünürsünüz?

    - Samir Abasov Azərbaycanda sayılıb-seçilən məşqçilərdən biridir. Komandanı tərk edibsə, onun haqda danışmağa ehtiyac duymuram. Etdiyi işlərə görə təşəkkür edirəm. "Sumqayıt" üçün böyük işlər görüb. Ona "Neftçi"də uğurlar arzulayıram. Komandanı bir həftədir götürmüşəm. Bəzi futbolçuların meydanda göstərdiyi performansı... Onu siz də görürsünüzsə, mənim bu haqda danışmağıma ehtiyac yoxdur. Futbol hazırda fiziki güc tələb edir. Bu yöndə çalışacağıq. İnanıram ki, yaxın zamanda çatışmazlıqları aradan qaldıracağıq.

    - Oyun planınız nədən ibarət idi?

    - Cinah ötürmələrimizdən sonra "Turan Tovuz" böyük problemlər yaşayırdı. İlk 10 dəqiqədəki epizodlarımız və vurduğumuz qollar da cinah ötürmələrindən sonra yaranmışdı. Əksinə, "Turan Tovuz"un hücumlarının qarşısını aldıq. Rəqibin üstün cəhəti hava topları idi. Sırf bizim oyunçularımızın orta xətdəki fərdi səhvlərinə görə bu gün qollar buraxdıq. Rəqibin vurduğu qollar da gözəl alındı. "Turan Tovuz"un dominant futbol oynadığını görmədim. Əks-hücumda bizi tutmadılar.

    - Premyer Liqada, "Sumqayıt"da baş məşqçi kimi işləməyə özünüzü hazır hesab edirsiniz?

    - Mən vəzifəyə qaçmamışam, indi də qaçmıram. Karyeramı bitirdikdən sonra U-17, U-19, daha sonra əvəzedici heyətlə çalışdım. Mən hansısa komandada köməkçi məşqçi də işləyə bilərdim. Amma aşağı yaş qruplarından başladım. Pillə-pillə. Bu gün özümü hazır hiss etməsəydim, rəhbərlik də bunu görməsəydi... Sabah baş məşqçi kimi karyeram alınmasa, özüm istefa verib gedərəm.Bəlkə başqa peşədə, məsələn,  inzibatçı olaram. Ya da öz üzərimdə işləyərəm, hazır olanda da yenidən qayıdaram. Bu gün özümü hazır hiss edirəm. Oyun planında işıq gördüyümüzə inanıram. Bu, siqnaldır. İnanıram ki, komanda daha da yaxşı olacaq. Komandamda kimliyindən asılı olmayaraq, intizam bir nömrədir. Cordan Rezabala çox yaxşı oyunçudur. Amma bir oyunçu komandanın əleyhinə mübarizə aparırsa, o, dərhal əvəzlənəcək. Mənim üçün önəmli olan birlik, bərabərlikdir. Hər futbolçu bunu dərk etməlidir.

    - Hesab 0:3 olana qədər günahkar Rezabala idi?

    - Mən onu günahkar kimi göstərmirəm. Hər bir futbolçu top itirə bilər. Mən demirəm ki, Rezabala top itirib. Meydançada olan hərəkətləri var idi. Hər oyunçu top itirə bilər. Amma ondan sonrakı hərəkətləri necə olacaq? Qol buraxmamaq üçün can yandıracaqsan? Yenidən qazanmaq üçün nə edəcəksən? Bunu görmədiyin halda... Amma Rezabalanın yaxşı futbolçu olmasına şübhəm yoxdur.

    - Qısa müddətdə nəyisə dəyişmək asan deyil. Samir Abasovun komandasında nəyi dəyişmək istəyirsiniz?

    - Hücuma daha çox çıxmaq istəyirik. Əvəzetmələr cinahları, hücum xəttini yaxşılaşdırmaq üçün idi. Fiziki cəhətdən 90 dəqiqə irəlidə oynamaq üçün onu dəyişdirəcəm. Topa az sahib olmaq o demək deyil ki, ancaq uzun top etmək lazımdır. İrəlidə daha da aktiv olmalıyıq. Hər bir futbolçu irəlidə özünü doğrultmalı, özündən də nəsə fikirləşməlidir. Onlar məcburdur. İnanıram ki, sürətli oynayan "Sumqayıt" görəcəyik. Necə ki, zaman-zaman bu oyunda gördük. İnanıram ki, bunu yaxşılaşdıracağıq.

    - "Turan Tovuz”a iki qol vurmaq asan deyil. Amma müdafiədə problemlər var. Növbəti turda “Səbail”lə oyunda səhvlər etməməkçün nə planınız var?

    - "Səbail"lə oyun da maraqlı olacaq. Onlara da, bizə də xal lazımdır. İnanıram ki, dəyişikliklər olacaq. İnanıram ki, həmin səhvlər olmayacaq. Mən burada olduğum müddətdə həmin səhvlər bağışlanmayacaq. Topu itirmək olar. Amma yenidən qazanmaq üçün addım atmaq lazımdır. Kim istəkli, kim can atacaqsa, o da əsas heyətdə olacaq. İsimdən, futbolçudan asılı olmayaraq.

    - Matçın 25-ci dəqiqəsində sizi istefaya səsləyirdilər...

    - Futbolçu karyeramda yaxşı oynadığım dövrdə də tənqid olunurdum. İndiki halda yeni baş məşqçiyəm, ya bu kiminsə sifarişidir, ya da futboldan anlamayan insanlardır.  Sumqayıtlı azarkeşlər, mətbuat məni dəstəklədi. Dəstəyi şəhərdən də, rəhbərlikdən də görürəm. Futbolçu kimi Azərbaycan futboluna hardasa xeyrim dəyibsə, məşqçi kimi də faydalı olacağıma əminəm.

    Futbol

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44
    Futbol

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35
    Futbol

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56
    Futbol

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39
    Futbol

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58
    Futbol

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Mənim iyirmi yaşım olanda da Bakıda olmuşam" – Ermənistan millisinin baş məşqçisi

    28.07.2026 19:34:55

    "Mən bu medalı qaçırmamalı idim" – Ümid Salmanov

    28.07.2026 19:01:33

    Azərbaycan Bakıdakı dünya çempionatında ilk medalını qazandı

    28.07.2026 18:44:59

    "Qəbələ" Portuqaliyadan futbolçu gətirdi - VİDEO

    28.07.2026 18:18:44

    KuPS - "Sabah": HEYƏTLƏR

    28.07.2026 18:04:35

    Dünya çempionatı: Daha 2 güləşçimiz finalda, 1-i uduzdu

    28.07.2026 17:50:30

    Emil Balayev "Dinamo"ya qarşı oynayacaqmı?

    28.07.2026 17:17:56

    "Sabah" Maludanı 3 milyona satdı

    28.07.2026 16:45:39

    "Sabah"a kimin üstün olduğunu göstərmək üçün meydana çıxacağıq" - KuPS-un yeni transferi

    28.07.2026 16:13:58

    Azərbaycan Premyer Liqasının da "Fantazi"si olacaq - FOTO

    28.07.2026 16:00:41

    "Araz-Naxçıvan" ev oyunlarını bu arenada keçirəcək

    28.07.2026 15:50:16

    Türkiyənin güləş əfsanəsi Bakıya gəlib

    28.07.2026 15:44:17

    Millimizdən 2-ci qələbə: Bu dəfə Portuqaliya məğlub edildi

    28.07.2026 15:01:09

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved