Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bu sualın Qurban Qurbanova ünvanlanması qəribə gəldi" - Rəşad Sadıqov
    20.10.2024 20:36:08

    "Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən də bu idi. Hər iki komanda qələbə qazanmağa çalışırdı. Bəzi oyunçular matça passiv başladılar. Rəqibə üstünlük verdik, qol vurdu. Ancaq sonrakı 65-70 dəqiqə bizim nəzarətimizdə keçdi. Sadəcə, bunu qola çevirə bilmirdik. 100 faizli qol imkanları yarada bilmirdik. "Sabah" çox yaxşı, usta komandadır. Bunu hiss edirdik. İkinci hissədə daha böyük qüvvə ilə irəli atılırdıq. Yalnız sonlarda qol vurduq. Belə gedən oyunda bir xal da qazanc oldu. "Sabah" kimi komandanı üç xal qabağa buraxmadıq. Psixoloji cəhətdən də uduzmamaq önəmli idi. Ədalətli nəticə oldu".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının X turunun "Sabah"la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını cavablandırıb:

    - Meydana ehtiyatdan çıxan oyunçular matçın taleyini həll etdi. Ehtiyat qüvvə yetərincədir?

    - Zədədlilərin sıraya dönməsi, oyuna bütün heyətlə hazırlaşmağımız yaxşıdır. Ehtiyat qüvvəmiz daha yaxşı idi, rəqibdə isə itkilər var idi. İkinci hissədə hücumameyilli oyunçuları meydana buraxdıq. Qol vurduğumuz hücumu qurmaq çətin idi, amma futbolçular ustalıqla davrandılar.

    - Rafael Utziqdən razı qaldınız?

    - Apardığı mübarizədən, fədakarlığından razı qaldım. Rəqiblər də bilir ki, o, bizim əsas qol silahımızdır. Ona xüsusi diqqət var. Çox istəkli idi. Rəqib müdafiəsini gərginlikdə saxlayırdı. Hesab oyuna görə oldu.

    - Giorgi Papunaşvili haqda fikriniz necədir?

    - Oyundan əvvəl planımız o idi ki, 60-cı dəqiqədə meydana daxil olacaq. Zədəyə görə 4 ay oynamayıb. Amma çox istəklə işləyir. Bəzən ehtiyat edirəm ki, addım-addım gedək və uzunmüddətli zədə almasın. Çıxışından razıyam. Məşqlərdə də özünü yaxşı göstərir. Yaxşı da qol vurdu. Ondan razıyam.

    - Son günlər milli məsələsi çox müzakirə olunur. İlqar Qurbanov bildirib ki, milliyə tapşırıqlar oyunçu dəvət olunurdu...

    - İzləyirəm. Bu sual bütün məşqçilərə verilib. Elə mövzudur ki, bu sualı bir cavabla cavablandırmaq asan deyil. Qurban Qurbanova da sual veriblər. Son illərdə ən uğurlu, ən ədalətli milli periodu onun dövründə olub. Ona da sualın ünvanlanması mənə qəribə gəldi. İlqar Qurbanovun iddialarının detallarına varmaqdan ötrü, ona sual vermək lazımdır. Ehtimal edirəm, hansı məqamları gözünün qabağında canlandırıb və bu fikri səsləndirib. Onun fikrindən sonra bütün məşqçilərə həmin sualı ünvanlamaq düzgün deyil. Periodik olaraq milliyə dəvət olunanlar birmənalı qarşılanmırdı. İnanmıram ki, sırf sifariş, zəng olsun. Bəzi məşqçilər təzyiq altında istəmədiyi qərarlarda qalır. Suallar çox olub. Elə mövzudur ki, gərək 1-2 saat analiz edəsən, 2010-da kim dəvət edildi, hansı məşqçinin dövründə kim dəvət olundu. Kim milliləşdirildi? Sonra lazım  olmadı? Daha geniş yanaşılsa, düzgün olar.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved