Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"də qruplaşma ilə rastlaşmadım" - Samir Abasov
    19.10.2024 21:26:02

    "Neftçi" Misli Premyer Liqasının X turunda doğma meydanda "Səbail"i 3:1 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Nə qədər həyəcanlı olduğumu ifadə edə bilmərəm. Bilirəm ki, məndən, komandamdan, futbolçulardan gözləntilər nə qədərdir. Bütün təbriklər oyunçulara düşür. Baş məşqçinin 4-5 gün ərzində nələrisə dəyişməsi mükünsüz bir şeydir. Görüləcək işlər çoxdur. 

    - "Neftçi"yə çox çətin dövrdə gəldiniz. Təcili olaraq nəyi düzəltməyi özünüzə borc bildiniz?

    - Söz-söhbətləri biz də eşidirdik. Bura gələndə qruplaşmaların olması ilə rastlaşmadım. 

    - Rza Cəfərovun kapitan təyin olunmasının səbəbi nədir?

    - Bir baş məşqçi olaraq bu futbolçuların əksəriyyətini tanımıram. Tanıdığım 2-3 futbolçu qalıb. Bu qərarım müvəqqətidir. Amma daimi də ola bilər. Rzaya kapitanlığı verməyimi təcrübəli oyunçular da qəbul etdilər və məni anladılar. Onlarla etdiyim söhbəti burada danışmaq istəmirəm. İndidən bir-birimizi yaxşı qəbul etsək, yaxşı yerlərə çata bilərik. Hazırda məqsəd kapitanın kimliyi deyil. Əsas məqsədimiz meydanda baş verən proseslərdir. 

    - Qara Qarayevi geri qaytarmaq fikriniz var?

    - Qara məndən əvvəl "Neftçi"dən gedib. Bilmirəm praktikada gedib-gəlmək var, ya yox. Artıq klub tərəfindən qərar verilib. Mən olsaydım, başqa qərar olardı, yoxsa yox, bunu deyə bilmərəm. Qara Qarayevə mənim hörmətim və sevgim çoxdur. Onun gənc vaxtlarında bir yerdə futbol da oynamışıq. Qaraya uğurlar arzulayıram. Bir dəstəkçi kimi həmişə onun yanındayam. Qara Qarayevi təzliklə meydanda görmək istəyirəm. 

    - Roman Qriqorçuk "Neftçi"də olan vaxtda sizinlə klub arasında danışıq olmuşdu?

    - Həmin ərəfədə heç bir danışıq olmayıb. İnanmıram ki, klubun rəhbərləri baş məşqçi ola-ola başqası ilə danışıq aparsın. Bura gəlməyimdə bəzi səbəblər oldu. Bunu açıqlamaq istəmirəm. "Neftçi"də ən yüksək hədəflər qoyulur, qoyulacaq da. Hədəflərimiz yüksəkdir. İnanıram ki, buna çatacağıq.

    - Oyundan sonra Ağadadaş Salyanski ilə nə danışırdınız?

    - Xoşlayıram ki, məsələni yerində həll edim. Sonra yadımdan çıxa bilər. Ağadadaşa məsləhətlərimi verirdim. 

    - "Sumqayıt"da olanda demişdiniz ki, şəhərimin komandasındayam. Şəhərinizin komandasını pis vəziyyətdə qoyub getdiyinizi düşünmürsünüz?

    - Nəyə görə elə dediyim həmin günə aid idi. O vaxt "Sumqayıt"da idim, indi "Neftçi"dəyəm. Sumqayıtda böyük sevgi gördüm. Onlara dərin təşəkkürümü bildirirəm. Futbolçulara təşəkkür edirəm ki, uğurlu mövsüm keçirdim. Artıq bu keçmişdədir, indi "Neftçi" haqda danışmalıyıq. 

    Futbol

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42
    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ"ın qapıçısı oynadı, "Sabah"ın müdafiəçisi baxdı

    26.09.2026 13:13:42

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved