Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək “Sabah” İsveçrənin “Bazel” klubu ilə görüşdən əvvəl heyətini 2 əcnəbi futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Masazır təmsilçisi qanalı yarımmüdafiəçi Avudu Başit və nigeriyalı forvard Stiven Endeni heyətinə cəlb edib.
Hər iki futbolçunun 18 yaşı var. Əgər Başit kluba yenicə keçibsə, Ende artıq “bayquşlar”ın əvəzedici komandasında meydana çıxıb.
Qeyd edək ki, “Sabah”la “Bazel” arasında ilk oyun oktyabrın 23-də İsveçrədə, cavab görüşü isə noyabrın 6-da Azərbaycanda keçiriləcək.

