Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması (U-21) Avropa çempionatının seçmə mərhələsində İngiltərəyə darmadağın olub.
Prosport.Az xəbər verir ki, ötən oyun Belfastda Şimali İrlandiyaya 0:5 darmadağın olan Samir Əliyevin ötən il Avropa çempionları olmuş ingilislərə daha betər hesabla uduzub – 0:7.
Qolları Çarli Kresvell (2), Kolum Doyl (27), Ceyms MakAti (55), Cəlal Hüseynov (70-avtoqol), Eliot Anderson (72), Deyn Skarlett (86) və Omari Hatçinson (90) vurub.
Qarşılaşma Bristol şəhərindəki "Eşton Qeyt" stadionunda baş tutub. İngiltərə U-21-i tarixində ilk dəfə bu stadionda qələbə qazanıb.
Qrupun digər qarşılaşmalarında Lüksemburq Şimali İrlandiya ilə qolsuz heç-heçə edib. Serbiya isə Ukraynanı 1:0 məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi 3 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. İngiltərə 25 xalla F qrupunu lider kimi tamamlayıb və 2025-ci ildə Slovakiyada keçiriləcək Avropa çempionatına birbaşa vəsiqə qazanıb. Həmçinin 24 xal toplamış Ukrayna da ən yaxşı qrup 2-cisi kimi AVRO-2025-ə çıxa bilib.

