Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neftçi"dəki ilk məşqimdən böyük düşüncələrlə qayıtdım" – Samir Abasov
    15.10.2024 23:04:28

    "Sanki "Neftçi"dən heç getməmişdim".

    Prosport.Az xəbər verir ki, bunu "Neftçi"nin yeni baş məşqçisi Samir Abasov klubun televiziyasına açıqlamasında bildirib.

    46 yaşlı mütəxəssis yenidən paytaxt klubunu çalışdıracağı üçün məmnun olduğunu deyib: "Hisslərimi ifadə etmək çox çətindir. Sanki "Neftçi"dən heç getməmişdim. Düzdür, komandanın bazası yenilənib. Lakin komandada olan ab-hava eyni qalıb. Qayıdanda bilirdim ki, öz evimə dönürəm. "Neftçi"yə qayıtdığım üçün çox xoşbəxtəm".

    Azərbaycan millisinin sabiq futbolçusu "ağ-qaralar"ın böyük klub olduğunu söyləyib: "Bu komandanın böyüklüyündən danışmaq artıqdır. Hər kəs "Neftçi"nin necə böyük kollektiv olduğunu yaxşı bilir. Bu komandanın böyük azarkeş ordusu var. Stadiona gəlməyən azarkeşlər var ki, ürəkləri ancaq "Neftçi" ilə döyünür. "Neftçi"ni hansı baş məşqçinin çalışdırmağından asılı olmayaraq, hədəfləri böyük olub. Baxmayaraq ki, komanda hazırda çətin vəziyyətdədir. Bununla belə, məqsədlərimiz böyükdür. Baş məşqçilər "Neftçi"yə gələndə, hansı hədəflər uğrunda mübarizə aparacağını əvvəlcədən bilirlər. Mənim də məqsədim bu komanda ilə ən pik hədəflərə çatmaqdır".

    Baş məşqçi hazırda hansısa dəyişikliklərdən danışmağın tez olduğunu dilə gətirib: "1-2 oyundan sonra böyük dəyişikliklər barədə danışmaq riskdir. Çünki futbolçular da yeni baş məşqçiyə və onun futbol düşüncələrinə öyrəşməlidir. Bunun üçün müəyyən vaxt lazımdır. Dünən komandanı ilk məşqə çıxardıqdan sonra buradan böyük düşüncələrlə qayıtdım. Çünki futbolçularda əhval-ruhiyyə çox yüksək idi. İnşallah, tezliklə bizim düşüncələrimizlə futbolçuların bacarıqları bir-birini tamamlayacaq və ortaya çox yaxşı iş çıxaracağıq".

    O, komandada yer alan futbolçulara inandığını bildirib: "Hansı klubda işləməyimdən asılı olmayaraq, futbolçulardan gözləntilərim böyük olub. Futbolçuların məqsədləri böyükdürsə, mən də onlara öz gördüyüm işlə yardımçı olmağa çalışmışam. Yenə eyni düşüncədəyəm. Futbolçular öz işlərinə düzgün yanaşsalar, məqsədlərimizə daha tez çatacağıq. "Neftçi" kimi klub düşdüyü çətin durumdan tez bir zamanda çıxmalıdır".

    S.Abasov "Neftçi" klubunun böyük azarkeş ordusunun olduğunu qeyd edib: "Ümumiyyətlə, böyük klubun böyük azarkeşi olur. Bu söz əsl bizim komandaya uyğun gəlir. Ürəyi "Neftçi" ilə döyünən minlərlə azarkeş var".

    Qeyd edək ki, Samir Abasov "Neftçi"nin baş məşqçi postunda müqaviləsinə qarşılıqlı şəkildə xitam verilən Roman Qriqorçuku əvəzləyib. O, qarşıdakı 2 ildə "flaqman"ı çalışdıracaq.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved