21 yaşadək futbolçulardan ibarət İngiltərə yığması AVRO-2025-in seçmə mərhələsinin F qrupunda Azərbaycanla keçiriləcək oyunu ciddi itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, "İpsviç Taun"un hücumçusu Liam Delap diskvalifikasiyaya görə matçı buraxacaq.
Müvəqqəti məşqçi Ben Futçer onun əvəzinə “Tottenhem”dən Deyn Skarlett və ya “Birmingem”dən Cey Stansfildə şans vermək istəyir.
Bu gün Bristoldakı "Eşton Qeyt” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

