Elvin Cəfərquliyevin son vaxtlar həm "Qarabağ"ın, həm də milli komandanın heyətində sərgilədiyi oyun ona olan marağı artırıb. "Tottenhem"lə səfər matçından sonra Cəfərquliyevə görə "Qarabağ"ın "qapısını döyüblər".
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, təklif İtaliyadan gəlib. Elvin Cəfərquliyevi İtaliya A Seriyası təmsiçisi heyətinə qatmaq istəyir.
"Qarabağ" artıq Elvin Cəfərquliyevə qiymət də qoyub. Qarşı tərəf 3 milyon avro ödəcəyi halda, bu transfer baş tuta bilər. Danışıqlar davam edir.

