Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) ilk yoxlama görüşünü keçirib.
Prosport.Az xəbər verir ki, U-17 Əcmən şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, millimiz sabah Avstraliya yığması ilə növbəti yoxlama oyununu keçirəcək.

