Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Düzgün yoldayıq" – Məğlubiyyətləri sıralayan Fernandu Santuş
    14.10.2024 22:48:13

    Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 4-cü turu çərçivəsində doğma meydanda Slovakiyaya 1:3 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, yığmamızın baş məşqçisi Fernandu Santuş oyundan sonrda keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Azərbaycan millisinin biabırçı məğlubiyyətlərinə görə öz reputasiyanızı korlamırsınız?
    – Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Bu cür vəziyyətlərdə bəxt amili də rəqibin tərəfində idi. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Ondan sonra üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək daha çətin idi. Real qol imkanlarımız olsa da, cəmi 1-dən yararlandıq. 

    – Sualın cavabı bu deyil axı...
    – Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Bu cür adlandırmağınızı istəməzdim.

    – Qırmızı vərəqə epizodunda səhv ötürmə verən Rahil Məmmədov günahkardır, yoxsa Mahir Emreli?
    – Fərdi olaraq futbolçularda səhv axtarmağa nə var ki? Futbolçuların fərdi səhvlərindən danışmağı xoşlamıram. İlk sarı vərəqədən sonra problem başlamışdı. Hakimin qərarı qərəzli idi. Amma bu nəticə olaraq hakimin qərarıdır.

    – Mahir Emrelinin qırmızı vərəqə ilə cəzalandırılması kənardan məsuliyyətsizlik kimi görünürdü, amma siz bəxtlə əlaqələndirdiniz. Azərbaycana böyük layihə üçün gəldiyinizi deyirsiniz. Bu futbolçularla həmin layihəni reallaşdıracağınıza inanırsınız?
    – 1 ildən sonra bu layihə haqda danışacağıq. Hələ ki vədə yetişməyib. Müsahibələrimdə demişəm ki, qısa zamanda reallaşacaq layihə deyil. 2028-ci ilə qədər bu layihə davam edəcək. Bir neçə ildən sonra komandamız normal rəqibə qarşı istənilən səviyyədə oynaya biləcək. Hələ ki heç 1 il keçməyib. Komandada potensial görürəm. Bizə zaman lazımdır.

    – Ardıcıl 4-cü məğlubiyyəti biabırçı hesab saymırsınız. Bəs, Azərbaycan D liqasına düşsə, bunu biabırçı nəticə hesab edəcəksiniz?
    – İnanmıram ki, aşağı düşək. Məqsədimiz gələcəkdə daha yaxşı futbol nümayiş etdirməkdir. Əlbəttə ki, hazırkı vəziyyətdə D liqasına düşəcəyimizə inanmıram. Sona qədər mübarizə aparmaq istəyirik.

    – Aşağı yaş qruplarından ibarət yığma komandalarımızın nəticələrindən yəqin ki, xəbərdarsınız. Bəs gələcəyi kimlərlə formalaşdıracaqsınız?
    – Həmin futbolçular içərisindən A milliyə qalxacaq oyunçular olacaq. Onda da o haqda düşünəcəyik. 1-2 ildən sonra milli səviyyəyə yüksələcək oyunçular olacaq. Bunu hamımız birlikdə görəcəyik. A millinin məğlubiyyətlərindən sonra hazırkı vəziyyətdə məyusluq, biabırçı məğlubiyyətlər kəlməsini yaxşı anlayıram. Etiraf edək ki, komanda bu gün müsbət nəticə üçün hər şeyi etdi. 68 dəqiqə bu cür güclü rəqibə qarşı üstün oynayırdıq. Bunu səmimi qəbul etməliyik. Qırmızı vərəqə olmasaydı, nəticə başqa cür olardı. 68 dəqiqə effektiv oyun gördüm. Arzuolunmaz nəticədir. Düzgün yoldayıq. Ötən matçda 35 dəqiqə üstün idik. Bu matçda 68 dəqiqə üstün oynadıq. Bu detalları inkişaf etdirib, gələcəyə ümid etmək olar.

    – Ozan Kökcüyə 2 oyunun heç birində şans vermədiniz. Halbuki Finlandiyada oynadığını, komandasının avrokuboklarda çıxış etdiyini nəzərə alıb, Tallində şans vermək olardı...
    – Onun yerində Toral Bayramov və Ramil Şeydayev daha yaxşı oynayırdı.

    – İstefa vermək haqda düşünürsünüz? Portuqaliya, Polşa millilərindən və "Beşiktaş"dan da müqaviləniz başa çatmamışdan əvvəl getmişdiniz...
    – Siz bu hekayəni bilmirsiz. "Beşiktaş"da olanda 10 oyunun 7-də qələbə qazanmışıq.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved