Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Heç kim deyə bilməz ki..." - Kaxaber Sxadadze
    14.10.2024 17:55:53

    “Çempionat çox çətin və ağırdır. Fərqli komandalar və oyunlar var. Heç kim deyə bilməz ki, bu liqada çempion olmağımız asan başa gələcək”.

    Prosport.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze klubun mətbuat xidmətinə müsahibəsində komandanın çıxışı və qarşıda duran vəzifələr barədə danışarkən deyib.

    Təcrübəli mütəxəssis “Qəbələ”nin cari mövsümdə keçirdiyi 4 oyununu dəyərləndirib: “Komandamın indiyə qədər göstərdiyi oyundan razıyam. Məncə, nəticələrimizin də yaxşı olduğunu demək olar. Futbolçularım çox diqqətlidirlər və verdiyimiz bütün tapşırıqları hərtəfərli yerinə yetirirlər. Onların məşqlərdə əziyyət çəkməsi, işləməsi məni tam qane edir”.

    O, I Liqada mübarizə aparan klubların “Qəbələ”yə qarşı xüsusi motivasiya ilə oynadığını qeyd edib: “Əlbəttə ki, “Qəbələ”yə qarşı bütün klubların motivasiyası böyükdür. Çünki, komanda daha öncə Premyer Liqada mübarizə aparıb və böyük uğurlara imza atıb. Hər kəs “Qəbələ”yə qarşı daha yaxşı görünmək istəyir. Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq və yanaşmalıyıq. Bu, futbolçularımızın daha diqqətli çıxış etməsinə səbəb olur”.

    Gürcüstanlı çalışdırıcı ot örtüyündə problem olan meydançalarda oynamağın komandanın çıxışına mənfi təsir göstərdiyini söyləyib: “Bəli, mən dəfələrlə qeyd etmişəm ki, meydançaların vəziyyəti ürəkaçan deyil. Belə olduğu halda isə yaxşı oynamaq, gözəl futbol göstərmək çətin olur. Bu, yalnız “Qəbələ”yə deyil, bütün klublara çətinlik yaradan səbəbdir. Bu cür ot örtüklərində heç bir komanda istədiyi oyunu nümayiş etdirə bilmir”.

    K.Sxadadze “Qəbələ”nin çempionluq şanslarına da toxunub: “İlk gündən bildirmişdim ki, çempionat çətin keçəcək. Bu baxımdan nə baş verəcəyi ilə bağlı proqnoz vermək çətindir. Lakin əlimizdən gələni edirik ki, bu il I Liqanı çempion kimi başa vuraq. Hazırda çempionatın növbəti turunda keçiriləcək “Difai” ilə oyuna hazırlaşırıq. Ötən tur “Baku Sportinq”lə keçirdiyimiz matçdan sonra komandanı bir neçə günlük istirahətə buraxdıq. Daha sonra yenidən bir araya gələrək məşqlərimizə start verdik. Oyunçularımız da sevərək, yorulmadan çalışır və məşq edirlər ki, istədiyimiz nəticəni əldə edə bilək. Məşqçilər heyəti olaraq, komandamızın hazırlığından razıyıq. Tək problemimiz odur ki, 3 futbolçumuz U-21 millisinin heyətindədir. Onlar isə yalnız matça 2 gün qalmış komandaya qoşulacaqlar. Digər bütün proseslər istədiyimiz kimi gedir”.

    “Qəbələ”nin Azərbaycan Kubokunun II təsnifat mərhələsində öz meydanında “Baku Sportinq”lə qarşılaşacağını xatırladan baş məşqçi bütün fikirlərini çempionata yönəltdiklərini deyib: “Kubok görüşlərimiz hələ start götürməyib. Ona qədər isə vacib çempionat matçlarımız var. Ayın 19-da “Difai” ilə qarşılaşacağıq. Ona görə hazırda məhz bu matça köklənmişik. Yalnız növbəti oyunumuz hansıdırsa, ona hazırlaşırıq. İndidən gələcəyi düşünmək tez olar. Bu səbəbdən hazırkı durumda yalnız növbəti matça ciddi şəkildə hazırlaşmaqdan başqa fikrimizi heç nəyə yönəltmirik”.

    Qeyd edək ki, “Qəbələ” I Liqada 4 turdan sonra 10 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

    Futbol

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02
    Futbol

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43
    Futbol

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46
    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sumqayıt" daha bir transferi bitirdi

    26.09.2026 12:40:44

    "Neftçi"nin futbolçusu Hondurasa qol vurdu

    26.09.2026 12:14:02

    Avropa çempionatında tarixi nailiyyət

    26.09.2026 11:46:41

    FIFA prezidenti izlədi, "Qarabağ"ın futbolçusu qol vurdu - VİDEO

    26.09.2026 11:12:43

    "Qarabağ"da olarkən 2 real təklifim var idi" - Mateuş Koxalski

    26.09.2026 10:44:46

    Şahmat yığmalarımız Bolqarıstan və Sloveniyaya qarşı

    26.09.2026 10:00:01

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved