Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "5 barmağın hansına deyə bilərsən ki, günah kimdədir?" – Fernandu Santuş
    13.10.2024 17:35:52

    "Nəyin baş verməsindən asılı olmayaraq, hər oyuna pozitiv köklənməliyik. Buna məcburuq. Çünki xallar qazanmalıyıq. Futbolçularıma güvənirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Millətlər Liqasında Sovakiya ilə görüşdən əvvəl keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

    – Tallindəki oyunda kapitan Abbas Hüseynov idi. Sabahkı matçda Elvin Cəfərquliyev kapitan olacaq?
    – Kapitanlıq elədir ki, hər dəfə dəyişmək istəməzdik. Liderlik keyfiyyətlərini nəzərə alsaq, sabahkı matçda Bədəvi Hüseynovu kapitan kimi düşünürük.

    – Emindən kapitanlıq sarğısı niyə alındı? Axı o Azərbaycan dilində danışa bilir...
    – Kapitan həm komandanın daxilində, həm də meydançada özünü bariz şəkildə göstərməlidir. Kapitan bir növ komandada baş məşqçinin sözçüsüdür. Fərdi olaraq Emini çox bəyənirəm. Həmçinin də futbolçu kimi. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilmirsə, digər kapitanı seçməliyik. İlk oyunda penalti ilə bağlı göstəriş vermişdim. Buna riayət olunmadı. Bu qədər.

    – AFFA rəhbərliyi milliyə tez-tez baş məşqçilər dəvət edir. Hamısı təcrübəli, tanınmış simalardır. Müxtəlif məşqçilər gəlsə də, milli yenə də uğursuz nəticə verir. Problem nədədir?
    – Təbii ki, çox çalışmalıyıq. Müəyyən oyun fəlsəfəsi olduğu halda, uzun müddət bunun oturuşması üçün çox çalışmalısan. Bu yolda səylərimizi davam etdirməliyik. Artıq hücum planında müəyyən mənada istədiyimiz şeyləri görməyə başlamışıq. Son oyunda bu aspektlərdə komandamız sırf hücum planında göstərdi ki, daha çoxunu edə bilər. Epizodlarımız oldu, amma faydalana bilmədik. Amma qol epizodları yaratmağa davam etsək, daha çox faydalana bilərik. Hazırkı vəziyyətdə komandanın əsas problemi qollar buraxmaqdır. Çox qol buraxırsansa, oyunun taleyini həll etmək çətinləşir. Tək Azərbaycana şamil olunmur, bütün dünyada bu tendensiya var. Çox qol vuran komanda da qələbəyə daha yaxın olur. Müdafiə planında işləməli olduğumuz elementlər çoxdur. Digər aspektlərdə də inkişaf etməliyik. 3 məşqə bunları etmək mümkünsüzdür. Bunun üçün daha çox məşq etmək, daha çox oyunlara çıxmaq lazımdır. Oynadıqca görəcəyik ki, problemlər bir-bir aradan qalxır. Müdafiə planına daha çox fokuslanmalıyıq, daha çox intensivlik tələb olunur. Komandanın formalaşmasında sadaladığım amillər mühüm rol oynayır.

    – Estoniyada da çox qol buraxdınız. Sabahkı oyunda müdafiə xəttində dəyişikliklər olacaq?
    – Ümidvaram ki, Estoniyadakı baş verməz. Matçın ilk hissəsini 2:0 tamamlamaq üçün hər şeyi etmişdik. Qol epizodlarımız var idi. Yaratdığın qol fürsətlərindən istifadə edə bilmirsənsə, rəqib də qol vurursa, nəticə qazanmaq çətinləşir. Qollar buraxmaq futbolçulara psixoloji təsir edir. Futbol hər yerdə eynidir: Portuqaliya, İspaniya, İngiltərə, Gürcüstan və s. Hər yerdə eyni tendensiyadır. Artıq futbolçularda stabil olaraq, düşüncə tərzi olmalıdır ki, müdafiədə qol buraxmayacağıq və qollar vuracağıq. İnkişaf etməliyik. Gələcəyə nikbin baxmaq lazımdır. 1 ildən sonra bu komanda istənilən rəqibə qarşı normal futbol oynayacaq. Hazırkı vəziyyətdə nəticələrdən məmnun deyilik. Özüm də nəticələrə görə xoşbəxt deyiləm. Hamıdan əvvəl nəticə mənim özümü məmnun etmir. Milli karyeramın 15%-ni məğlubiyyətlər təşkil edir. Mənim üçün yaxşı hal deyil. İlk növbədə özüm haqda düşünməliyəm. Bura gələcək layihə ilə bağlı gəlmişəm. Azərbaycanda gələcək üçün normal komanda formalaşdırmaq istəyirəm. Eyni motivasiya, eyni istəklə davam etmək niyyətindəyəm. Asan olmayacaq. Azərbaycanın bütün matçlarını izləmişəm. Portuqaliya millisinin baş məşqçisi kimi Azərbaycana qarşı da komandanı meydana çıxarmışam. Azərbaycan futbolu haqda məlumatlı idim. Bura gəlməzdən öncə artıq inanırdım ki, gələcək layihəyə köməyim dəyəcək. Əgər sırf karyeramla bağlı soruşursunuzsa, hazırkı vəziyyət özüm üçün də ürəkaçan deyil. Təcrübəliyəm və qazanmaq istəyirəm. Bura gəlməzdən öncə buradakı layihəyə inanırdım. Bunu reallaşdıracağam. Mümkün qədər qələbə qazanmağa öz qatqımı verəcəyəm.

    – Abbas Hüseynovu kapitan seçməyinizin Azərbaycan dili ilə bağlı olduğunu demişdiniz. Bəs məşqçilər korpusunda Azərbaycan dilində göstəriş verən şəxs görə biləcəyik?
    – Bu məsələ ilə bağlı düşünürük. Bu işi İlqar Qurbanova həvalə etmişəm. Bunun olması komanda üçün önəmlidir. Təkcə Azərbaycan dilində danışmağı kifayət etmir.

    – 2016-cı ildə Portuqaliya millisi Estoniyanı 7:0 hesabı ilə məğlub etməklə, sizin rəhbərliyiniz altında ən böyük hesablı qələbəsini qazandı. Amma 2 gün əvvəl Azərbaycan millisi sizin başçılığınız altında həmin komandaya 1:3 uduzdu. 8 ildə Estoniya futbolu inkişaf edib, yoxsa siz məşqçi kimi geriləmisiniz?
    – Sizcə normal deyil? Portuqaliyanın həmin dönəmdə 7:0 hesablı qələbəsi kifayət qədər normaldır.

    – Azərbaycana gələn əcnəbi məşqçilər komanda və ölkə ilə tanış olduqdan sonra deyirlər ki, potensial var, nəsə etmək olar və s. Amma elə həmin mütəxəssislərin 90%-i 2-3 ildən sonra deyir ki, bu komanda ilə heç nə etmək olmaz. Bu cür açıqlamaları sizdə də görəcəyik?
    – Eynisi deməyəcəyəm. Bu işlətdiyiniz ifadəni heç vaxt istifadə etməyəcəyəm. Yəni "mümkün deyil" ifadəsi. Həqiqətdir. Bu cür mesajlar futbolçulara da ötürülə bilməz. Mən öz xarakterimə bələdəm. Məsuliyyəti öz üzərimə götürürəm. Əgər 2-3 ildən sonra verdiyim vədlər boşa çıxsa, yenə də məsuliyyəti özüm daşıyacağam. İstənilən halda, bu vəziyyət olarsa, federasiyadan, azarkeşlərdən üzr istəyəcəyəm. Ancaq deməyəcəyəm ki, bu komanda ilə alınmır. 2028-ci ilə qədər müqaviləm var. Milli komandanın çıxış etdiyi bütün turnirlərdə baş məşqçi kimi bütün məsuliyyət məndədir. Əgər 2028-ci ilə qədər hansısa vəziyyətdə AFFA qərar versə ki, yolumuza davam etməyəcəyik, Azərbaycan haqda bundan sonra heç bir mənfi təəssüratım ola bilməz. Öz xarakterimə bələdəm.

    – Hazırda milli komandamızın bu durumda olmasının günahkarı sizsiniz, futbolçular, yoxsa AFFA rəhbərliyi?
    – Hər kəsin öz payı var. Çünki qələbə də birlikdədir, uğursuzluq da. Hazırkı vəziyyətdə onsuz da çətindir. Kiminsə boynuna yıxmaq düzgün olmazdı. Bəzən problemlər qaçılmaz olur. Buna görə məyusuq. Dostum var idi, mənə bir söz demişdi: heç vaxt günahı başqalarının boynuna yıxma. Hər biri öz günahımızdır. 5 barmağın var, hansına deyə bilərsən ki, günah kimdədirr? Yuxarıda hər şeyi Tanrı görür.

    Futbol

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54
    Futbol

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30
    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Futbol

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59
    Futbol

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54

    Millimiz Bolqarıstana 80 xal fərqlə uduzdu

    11.03.2026 22:39:08

    Olimpiya çempionu Qazaxda avtoqraf verdi - FOTOLAR + VİDEO

    11.03.2026 22:13:44

    MOK-da yeni komitə yaradıldı, Azər Əliyev sədr təyin olundu

    11.03.2026 21:45:35

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09

    Bölgə təmsilçisində ayrılıq - Ölkəsinə qayıtdı

    11.03.2026 15:53:46

    Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

    11.03.2026 15:11:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved